Milli Olimpiya Komitəsi

Olimpiya Gündəliyi 2020- Press Konfrans

21 oktyabr 2016-cı il tarixində Milli Olimpiya Komitəsinin (MOK) İnzibati binasında Olimpiya Gündəliyi  2020 və 20+20 Tövsiyyələr Toplusu, həmçinin Olimpiya Hərəkatında gender bərabərliyi, Olimpiya təhsili, dayanıqlı inkişaf, marketinq fəaliyyəti haqqında təqdimatlar keçirildi.

Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, informasiya və nəşrlər şöbəsinin rəhbəri Cəmaləddin Rəhmanov və marketinq şöbəsinin rəhbəri Mehman Kərimov iştirak ediblər.

Sonda KİV nümayəndələrinin suallarına cavab verilib.

Redaktorlar üçün məlumat:

Məlum olduğu kimi 5-21 avqust 2016-cı il tarixlərində Braziliyanın Rio de Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçirildi. Nəzərinizə çatdırmaq istərdik ki, bu Oyunlar əvvəlki Oyunlardan bir sıra qayda və tələbləri ilə fərqlənir. Beləki, 9 dekabr 2014-cü il tarixində  Beynəlxalq Olimpiya Komitəsinin Monakoda keçirilmiş 127-ci sessiyasında qəbul edilmiş “Olimpiya Gündəliyi 2020” (Olympic Agenda 2020) sənədi dopinqlə mübarizə, idmanda gender bərabərliyi, marketinq və sair məsələlər üzrə Milli Olimpiya Komitələri, həmçinin idman qurumları qarşısında təxirəsalmaz yeni vəzifələr qoymuşdur. Sənəddə əks olunmuş ən ciddi və vacib tələblərdən biri də Olimpiya brendinin qorunması, onun kommersiya məqsədilə istifadəsi və marketinq haqları ilə əlaqədardır. Olimpiya Xartiyasının 7-14-cü fəsillərində təsbit olunmuş yeni qaydalara əsasən Olimpiya Oyunları ilə əlaqədar bütün marketinq, sponsorluq, lisenziya və yayım haqları beynəlxalq səviyyədə BOK milli səviyyədə isə MOK ilə razılaşdırılmalıdır.

 

EOC