Milli Olimpiya Komitəsi

MOKA 2016 Baş Assambleyası – Doha, Qətər

12-18 noyabr 2016-ci il tarixində Qətərin Doha şəhərində Milli Olimpiya Komitələrinin Assosiyasiyasının  21-ci Baş Assambleyası keçiriləcək.

Assambleyada Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov və MOK-un Marketinq İdarəsinin rəisi Mehman Kərimov iştirak edir.

Tədbir çərçivəsində adı çəkilən təşkilatın Gənclər, Beynəlxalq Əlaqələr, Atletlər və Marketinq Komissiyası iclası, həmçinin təşkilatın İcraiyyə Şurasının iclasının keçirilməsi nəzərdə tutulur.

Baş Assambleya haqqında təqdim olunmuş videonu izləyə bilərsiniz: