Milli Olimpiya Komitəsi

Azərbaycan Komandasının İlk Qızılı!

Açılış mərasimindən sonra Azərbaycan Komandasının ilk medalı müəyyənləşdi!

25 metr məsafədən tapança ilə atəşaçma yarışında idmançı Ruslan Lunev 581 xalla qızıl medala yiyələnib.

12 may tarixində açılışı olan Bakı 2017 İslam Həmrəylik Oyunlarının artıq 5-ci günüdür. 400-ə yaxın idmançı ilə yarışa qoşulan Azərbaycan həm də, ev sahibidir.