Milli Olimpiya Komitəsi

“Zəfər Günləri” çərçivəsində tərəfdaşlarla görüş

19 iyun 2017-ci il tarixində Milli olimpiya Komitəsinin inzibati binasında “Zəfər Günləri” layihəsinin tərəfdaşlarının mükafatlandırılması mərasimi keçirildi.

“Zəfər Günləri” layihəsinin və Azərbaycan Olimpiya Komandasının Məğrur Tərərəfdaşları olan AzerSun, BP, GoSport,  Lider TV və P&G  şirkətləri kampaniyanın əsas sponsoru qismində çıxış etdiyi qeyd olundu. Lider Televiziya və Radio şirkəti kampaniyanın ekslusiv TV tərəfdaşı kimi Avropa Oyunlarında olduğu kimi bu dəfə də “Zəfər Günləri”ni canlı olaraq yayımlanmasını həyata keçirmişdir.  Əvvəlki versiyadan fərqli olaraq bu dəfəki kampaniyada MOK-un Rio 2016 Yay Olimpiya Oyunlarında böyük uğurla tətbiq etdiyi sosial mediadan da geniş istifadə edildi.

Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Marketinq departamentinin rəisi Mehman Kərimov və BP Azərbaycan şirkətinin regional vitse-prezidenti Bəxtiyar Aslanbəyli və tədbirlər və Brend Əlaqələri üzrə menecer Zaur Cəbrayilov, Procter and Gamble (P&G) şirkətinin regional prezidenti Dəyər Kurtaslanoğlu və marketing şöbəsinin direktoru Vüsalə Məhərrəmova, Blue Planet- Go Sport şirkətinin regional prezidenti Maximilian Fraydenegg və HR şöbəsinin direktoru Nigar Mirəliyeva iştirak edib.

Tədbirə giriş sözü ilə açan Çingiz Hüseynzadə layihənin əhəmiyyəti və tərəfdaşlarla əlaqələri qeyd etdi: “1 ay öncə Bakıda baş tutan İslam Həmrəyliyi Oyunları çərçivəsində “Zəfər Günləri “ proqramı keçirilmişdir. Bu layihənin keçirilməsində siz, tərəfdaşların rolu danılmazdır. Zəfər Günlərində sizlər ilə Milli Olimpiya Komitəsində Oyunların qalibləri ilə mətbuat nüməyəndələrinin və ictimaiyyətin yaxından tanış olmağa kömək olub.”

Zəfər Günlərinin marketinq hesabatını təqdim edən Mehman Kərimov MOK-un sosial mediada aktivliyini qeyd etdi.

Azərbaycan Olimpiya Komandasının tərəfdaşları fəal həyat tərzinin və olimpiya hərəkatının inkişafına qatıldıqları üçün təşəkkürlərini bildirdilər.

Sonda tərəfdaşlara “Zəfər Günləri” hayihəsində iştirakına görə diplom və hədiyyələr təqdim edildi, xatirə fotosu çəkildi.