Milli Olimpiya Komitəsi

Çingiz Hüseynzadə Avropa Atletika Assosiyasiyasının mükafatına laiq görüldü.

2-14 Oktyabr 2017-ci il tarixində, Litvanın Vilnüs şəhərində Avropa Atletika Assosiyasiyasının Konqresi və Konvensiyasında Çingiz Hüseynzadə mükafatlandırılıb.

Ənənəvi olaraq ilin sonunda keçirilən mükafatlandırma mərasimində, Avropa Atletika Assosiyası bir neçə kateqoriya üzrə ən fəal üzv federasiyalara mükafatlar təqdim edir. Mükafatlandırma mərasimində, Azərbaycan Atletika Federasiyasının Prezidenti, cənab Hüseynzadə Çingiz Muxtar oğlu, Azərbaycan Atletika Federasiyanın inkişafındakı əvəzsiz roluna və Avropa Atelika Assosiyasiyasının tədbirlərindəki fəal iştirakına  görə bu mükafata laiq görülmüşdür. Bu münasibətlə Çingiz müəllimi ürəkdən təbrik edirik.