Milli Olimpiya Komitəsi

Ədalətli Oyunlar Komissiyası 2017-ci il üçün öz işinə yekun vurdu

15 dekabr 2017-ci il tarixlərində “İslam Həmrəyliyi ili” münasibəti ilə “İslam Həmrəyliyi və Ədalətli Oyunlar” mövzusunda konfrans keçirilib.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, MOK-un baş katibi Ağacan Abiyev, MOK-un baş katibinin müavini Azər Əliyev, Olimpiya çempionları və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev konfransın əsas mövzusu “İslam Həmrəyliyi və Ədalətli Oyunlar: Azərbaycanda Ədalətli Oyunlar Hərəkatının yaranma tarixi, təbliği və inkişafı” adlı məruzə ilə çıxış edib. Daha sonra qeyd olunan mövzu ətrafında məruzələr dinlənilildi. Məruzə ilə çıxış edənlər arasında Azərbaycan turizm Akademiyasının rektoru İlham Mədətov, “Olimpiya Dünyası qazetinin baş redaktoru Murad Fərzəliyev, MOK-un Marketinq idarəsinin rəisi Mehman Kərimov, Milli Paralimpiya Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamal Məmmədov, AzAOK-un baş katibi Səlhət Abbasova var.

Tədbirin giriş sözünü açan Çingiz Hüseynzadə İslam Həmrəyliyi və Ədalətli Oyunlardan danışdı: “Azərbaycan yenə mötəbər bir yarışı keçirdi. 2017-ci il Azərbaycan idmanı üçün çox uğurlu oldu. İslam Həmrəyliyi Oyunları, Formula və digər idman yarışlarının keçirilməsi idmana sevgini bir daha əks etdirir. Sözsüz ki, bu oyunlarda Ədalətli oyunlar prinsipini qoyumaq hər birimizin borcudur.”

Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətindən və islam xalqlarını birləşdirdiyi dəyərdən söz açdı.

Tədbir çərçivəsində Milli Olimpiya Komitəsinin nəzdində fəaliyyət göstərən Ədalətli Oyunlar Komissiyasının 2017-cı ilin yekunlarına əsasən təsis etdiyi mükfatların təqdim edilməsi mərasimi keçirildi:

  1. Ədalətli oyun prinsipinə sadiq qalan bədən tərbiyəsi və idman xadimi”-Sahib Ələkbərov
  2. “Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı” – “Olimpiya Dünyası” qəzeti
  3. “Ədalətli oyun prinsipinə sadiq hakim” – Əlyar Ağayev
  4. “Ədalətli oyun prinsipinə sadiq məşqçi” – Lyudmila Şubina
  5. “Ədalətli oyun prinsipinə sadiq idmançı” – Hacı Əliyev
  6. “Ədalətli oyun prinsipinə sadiq səfir” – Tünzalə Ağayeva

Həmçinin, Rio 2016 Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılara (lisenziya qazanmış) Beynəlxalq Olimpiya Komitəsi tərəfindən döş nişanları təqdim olundu.