Azərbaycan Milli Olimpiya Komitəsi 14.01.1992-ci ildə təsis edilmiş, 10.03.1992-ci il tarixdə Azərbaycan Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçmişdir. 02.11.1992-ci ildə Avropa,23.09.1993-cü il tarixdə Beynəlxalq Olimpiya Komitəsinə üzv qəbul edilmişdir.

Azərbaycan Olimpiya Hərakatını şərti olaraq üç dövrə bölmək mümkündür: 1) SSRİ yığma komandası tərkibində Olimpiya Oyunlarında iştirak (1952-1992): 2)Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında Müstəqil Dövlətlər Birliyinin yığma komandasının tərkibində Olimpiya oyunlarında iştirak(1992);3) Azərbaycanın müstəqil dövlət kimi  Olimpiya Hərakatına qoşulması (1992-cil ildən sonrakı dövr).

1994-cü ildə Azərbaycanda Olimpiya Hərəkatının təbliğinin vəziyyəti, Milli Olimpiya Komitəsinin fəaliyyətiilə tanış olmaq üçün Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranç, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario VaskesRana, Avropa Olimpiya Komitəsinin prezidenti Cak Roq Bakıya gəldilər. Ümummilli lider Heydər Əliyev ilə görüşdə Azərbaycan Olimpiya Hərəkatının real vəziyyəti, onun inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

1992-1997-ci illər arasında Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətində qeyd olunmalı işlər Avropa Yeniyetmələrinin Olimpiya Günlərində iştirakı, Bakıda Beynəlxalq Qaçış Günlərinin keçirilməsini əhatə edirdi. Bu dövr üçün qeyd olunmalı ən mühüm hadisə isə 1996-cı ildə Azərbaycanın müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılmasıdır. Bu tarixi hadisənin reallaşdırılmasında Heydər Əliyevin böyük əməyi oldu. Atlanta Oyunlarına hazırlıq haqqında sərəncam, hazırlığın daim dövlət nəzarəti altında saxlanması, idmançılara dövlət tərəfindən diqqət və qayğının gücləndirilməsi öz bəhrəsini verdi. Azərbaycan Atlantada 23 idmançı ilə təmsil olundu, bir gümüş medal qazanıldı.

Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətinin birinci beşilliyində görülmüş, ümumiyyətlə, lazımi səviyyədə qurulmamışdı və qənaət oxşsayıla bilməzdi. İşdə əsaslı dönüş yaratmaq tələb olunurdu. Milli Olimpiya Komitəsinin 1997-ci ilin 31 iyulunda keçirilmiş növbəti Baş Məclisi komitənin yeni idarə heyətini müəyyənləşdirdi. İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Komitənin fəaliyyət istiqamətləri müəyyənləşdirildi.

Son 10 ildə Azərbaycan idmanının tarixində şanlı səhifələr yazılıbdı. Bu müddətərzində Azərbaycan, deməkolarki, Olimpiya ölkəsinə çevrilmişdir. Ötən dövrə nəzər salanda Azərbaycanda idman və olimpiya hərəkatının inkişafında da böyük canlanma müşahidə olunub. Bəlli olduğu kimi, olimpiya komitəsi 1992-ci ildən fəaliyyət göstərməsinə baxmayaraq, 1997-ci ildən Milli Olimpiya Komitəsinə İlham Əliyev sədr seçiləndən sonra Azərbaycanda olimpiya hərəkatı başlayır. O, 1997-ci ildən Milli Olimpiya Komitəsinə uğurla başçılıq edir. Bu illər ərzində Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri bir an belə sən giməyib. Artıq Bakının Maştağa kəndi, Gəncə, Naxçıvan, Şəki, Quba, Bərdəvə s. şəhərlərdə yeni və müasir idman komplekslərinin tikintisi başa çatdırılmış və idmançıların istifadəsinə verilmişdir.

Hal-hazırda istifadə də olan komlekslərin sayı 18-dir. MOK-un fəaliyyətinə ən böyük qiyməti Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti cənab Roq verərək demişdirki, Azərbaycan Milli Olimpiya Komitəsi başqa Olimpiya komitələri üçün örnək olmalıdır. 1998-ci ildə respublikamız ilk dəfə Qış Olimpiya oyunlarına qatıldı. Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpiya oyunlarında respublikamız 5 nəfəri dmançı ilə dörd yarışda təmsil olundu. 2000-ci ildə Sidney Olimpiyadasında Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazandı. Azərbaycan komanda hesabına 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü oldu. Bu ölkənin olimpiya hərəkatı tarixində ən böyük uğuru idi.

2002-ci ildə Azərbaycan ikinci dəfə Qış Olimpiya oyunlarının iştirakçısı oldu. ABŞ-ın Soit Leyk siti şəhərində keçirilən bu oyunlarda idmançılarımız 3 yarışda iştirak etdilər. 2004-cü ilin avqustunda Afinada keçirilən Olimpiya oyunlarında idman tariximizdə ilk dəfə olaraq 5 medal qazandıq. Bütün bunlar İlham Əliyev cənablarının təşkilatçılıq fəaliyyətinin uğurlu nəticələri kimi dəyərlən dirilməlidir.

Azərbaycanda 64 idman növü üzrə baza vardır. Respublikada 53 idman Federasiyası, 66 idman təşkilatı, 60 idman klubu, 170 idman məktəbi fəaliyyət göstərir. Federasiyalardan 23-ü olimpiya idman növünü, 36-sı qeyri-olimpiya idman növünü inkişaf etdirir. Hal-hazırda Azərbaycanda 365489-dan çox şəxs idman və bədəntərbiyəsi ilə məşğul olur. Son 15 ildə beynəlxalq rəsmi yarışlardan Azərbaycan idmançıları 945 medal qazanmışlar.

Azərbaycanda olimpiya hərəkatının inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan olimpiya oyunlarında ciddi uğurlar əldə edib. Bu baxımdan, Çin olimpiya oyunlarına hazırlıq və iştirak diqqəti daha çox cəlb edir. Çində iştirak etmək də məqsəd Azərbaycanın idman şərəfini ləyaqətlə yerinə yetirmək və müstəqil Azərbaycan Respublikasının üçrəngli ay ulduzlu bayrağını qaldırmaqdır. Ölkə prezidenti İlham Əliyevin hər bir idmançı və məşqçinin MOK, Gənclər və İdman Nazirliyi tərəfindən təqaüdlərlə təmin etməsi də ölkəmiz də olimpiya hərəkatına müsbəttə siredəna millər sırasındadır. MOK Azərbaycanda idmanın və respublika olimpiya hərəkatının inkişafına xüsusi qayğı göstərir.

Yeniyetmələr və gənclər arasında idmanın inkişaf etdirilməsi onun daha yüksək səviyyəyə qaldırılması istiqamətində keçmiş təcrübənin müsbətcəhətləridə tətbiq olunmaqdadır. MOK beynəlxalq miqyasda böyük nüfuz qazana bilmiş, fəaliyyəti və əldə etdiyi nailiyyətlərlə seçilmişdir.Azərbaycanda keçirilən Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Beləki, həril müxtəlif beynəlxalq yarışlar, bədii gimnastika, taekvando, güləş, boks, karate və s. bu kimi olimpiya növlərinə daxil olan idman yarışları məhz Azərbaycanda keçirilmişdir.

İdmançılara qayğı dövlət səviyyəsində davam etdirilir.