BP Azərbaycan, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və Milli Paralimpiya Komitəsinin (MPK) tərəfdaşı olmaqdan qürur duyur. Bu strateji tərəfdaşlıq BP şirkətinin ölkəmiz və xalqımız qarşısında götürdüyü öhdəliyə sadiq olduğunu nümayiş etdirir və olimpiyaçı və paralimpiyaçıların idman zirvələrini fəth etməsinə, onların bütün idman aləminə həyəcanlı anlar yaşatmasına töhfə verir.

Bu əməkdaşlığın bir hissəsi olaraq BP Azərbaycan, şirkətin səfirləri seçilmiş bir qrup Azərbaycanlı Olimpiya və Paralimpiya atletlərinə dəstək olmuşdur. Bundan əlavə BP Azərbaycan “Michael Johnson Performance” (MJP) şirkəti ilə birgə elit idmançıların inkişafı və təlimi proqramına, 2014 Gənc İdmançıların Təlimi proqramına, London 2012,  Bakı 2015 və Rio 2016 Oyunlarına sponsorluq etmişdir.