Milli Olimpiya Komitəsi

Bakı 2017

Gələn il Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunları gənc insanları cəlb edib onların arasında birliyi təşviq edərək İslam ölkələrini bir araya gətirəcək. Bakı İslam ənənələrini özündə əks etdirən müasir və fəal cəmiyyəti olan gözəl bir şəhərdir.

Çoxmədəniyyətli və çoxdinli bir şəhər olan Bakı dünya miqyaslı idman turnirinin təşkili və İslamın dünyaya qəbuledici, imkanlar yaradan və sülhdən ibarət olduğunu göstərmək üçün möhtəşəm bir yer olacaq.

İslamın müsbət imicini dünyaya çatdırmaq üçün Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarına gələcək hər bir kəsi isti qonaqpərvərlik və hörmətlə qarşılamaq üçün birləşəcəyik.

Xüsusilə gənclərin və qadınların dəstəklənməsi, dəyərlərimizin sülh, sevgi və ahəngliklə çatdırılması və yaddaqalan beynəlxalq idman turnirinin mükəmməl şəkildə keçirilməsi üçün əlimizdən gələni edəcəyik.

17 sentyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci ildə Bakıda keçiriləcək dördüncü İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalamışdır. Sərəncama əsasən, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, “UNESCO” və “ISESCO” nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva dördüncü İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin Sədri təyin edilmişdir.

21–25 iyul 2013-cü il tarixlərində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İHİF-in ikinci vitse-prezidenti cənab Çingiz Hüseynzadə, eləcə də Beynəlxalq Əlaqələr Şöbəsinin Rəhbəri və Bakı-2017 İslam Həmrəyliyi Oyunları Təkliflərə Baxış Komitəsinin İcraçı Direktoru Könül Nurullayevadan ibarət nümayəndə heyəti İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 8-ci Baş Assambleyasında Azərbaycanın İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi barədə namizədliyini irəli sürmüşdür. Azərbaycan Baş Assambleyada keçirilmiş səsvermədə səs çoxluğu ilə Oyunların ev sahibi olaraq seçilmişdir.

Oyun Faktları

Ev Sahibi Bakı, Azərbaycan
Müddət 12 - 22 May 2017
İdmançıların umumi sayı -
Yerli idmançılar -
Oyunlar 18
Yarış obyektləri -

Bizim Nəticələrimiz

Qızıl 0
Gümüş 0
Bürünc 0