1952 Helsinki   

Azərbaycan idmançıları ilk dəfə SSRİ yığma komandasının tərkibində 1952-ci ildə Finlandiyanın paytaxtı Helsinki şəhərində keçirilmiş XV Yay Olimpiya Oyunlarında iştirak etmişlər. Bu oyunlarda Azərbaycanın 5 idmançısı -Rəşid Məmmədbəyov, İbrahimpaşa Dadaşov , Artom Teryan, Georqi Sayadovi və uzunluğa tullananXandadaş Mədətovçıxış etmişdir. Rəşid Məmmədbəyov 52kq çəki dərəcəsində sərbəst üsulla güləş yarışlarında ikinci yeri tutaraq gümüş medal aldı. Bu, Azərbaycan idmançılarının Olimpiyadada qazandığı ilk medal oldu. Helsinkidə Azərbaycanı təmsil edən digər üç güləşçidən biri bürünc medal qazana bildi. Medal qazanmağa namizəd olan Xandadaş Mədətov isə zədələndiyinə görə yarışlarda çıxış etmədi.