1964 Tokyo   

1964-cü ildə Yaponiyanın paytaxtı Tokioda keçirilən XVIII Yay Olimpiya Oyunlarında SSRİ yığma komandasının tərkibinə Azərbaycandan 6 idmançı - 2 güləşçi, 2 voterpolçu, voleybolçu İnna Rıskal və müasir beşnövçü Viktor Mineyev daxil edilmişdi. Bu dəfə 6 nəfərdən beşi medala layiq nəticə göstərdi. Viktor Mineyev qızıl, İnna Riskal isə gümüş medal qazandı. Voterpolçularımız Zenon Bortkeviç və Nikolay Kuznetsov, güləşçi Aydın İbrahimov bürünc medala sahib oldular.