1976 Montreal   

Kanadanın Monreal şəhərində keçirilən XXI Olimpiya Oyunlarında Azərbaycanı üç qadın idmançı- voleybolçu İnna Rıskal və SSRİ-nin qadınlardan ibarət həndbol komandasının üzvləri Rəfiqə ŞabanovaLüdmila Şubina təmsil etdi. Bu dəfə SSRİ-nin voleybol komandası ikinci yeri tutdu və Azərbaycan idmançısı İnna Rıskal özünün Olimpiya medalları kolleksiyasını daha bir gümüş medalla zənginləşdirdi. SSRİ-nin qadınlardan ibarət həndbol komandası Olimpiya çempionu oldu. Onun tərkibində çıxış etmiş Azərbaycan hənbolçuları Rəfiqə Şabanova və Lüdmila Şubina vətənə qızıl medalla qayıtdılar.