| 1988 Seoul |
88-ci ilin Seul Olimpiyadasında sovet idman nümayəndə heyətinin tərkibində Azərbaycandan 18 idmançı: 2 qılıncoynadan, 2 güləşçi, 1 futbolçu, 1 stend atıcısı, 1 həndbolçu qadın və 11 avarçəkən var idi. Qazanılmış nəticələrə görə Azərbaycan idmançılarının çıxışları əvvəlki oyunlardan daha məhsuldar idi. İdmançılardan üçü: qılıncoynadanlar İlqar Məmmədov və Yuriy Koretski, futbolçu İqor Ponomaryov qızıl, avarçəkən Aleksandr Lukyanov gümüş, həndbolçu Elina Quseva və avarçəkən Vasili Yakuşa bürünc medal qazandı, daha 11 idmançı isə 4-7-ci yerləri tutdular.