| 1992 Barcelona |
XXV Yay Olimpiya Oyunları 1992-ci ildə İspaniyanın Barselona şəhərində keçirildi. Bu zaman artıq SSRİ dağılmışdı. Yenicə müstəqillik əldə etmiş suveren dövlətlər Beynəlxalq Olimpiya Komitəsinin üzvlüyünə təzəcə qəbul olunurdular. Bu dəfə Azərbaycan idmançıları da Müstəqil Dövlətlər Birliyi ölkələrinin yığma komandasının tərkibində çıxış etməli oldular. Tərkibə 5 idmançı- cüdocu Nazim Hüseynov, gimnast Valeri Belenki, qılıncoynadan İlqar Məmmədov, stend atıcısı Valeri Timoxin və stolüstü tennisçi Valentina Popova daxil edilmişdi. 1992-ci ildə ilk dəfə olaraq Olimpiya Oyunlarında müstəqil Azərbaycan dövlətinin bayrağı qaldırıldı və bu, iki dəfə təkrarlandı. Azərbaycan idmançıları- cüdoçu Nazim Hüseynov və gimnast Valeri Belenki Olimpiya çempionu oldular. Barselonada Valeri Belenki şəxsi birincilikdə bir bürünc medal da qazandı. İdmançılarmızdan Valeri Timoxin 9-cu, Valentina Popova 12-ci yeri tutdu. Qılıncoynadan İlqar Məmmədovun daxil olduğu komanda yarışlarda zəif çıxış etdi.