BEYNƏLXALQ OLİMPİYA QAÇIŞ GÜNÜ

Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyət göstərdiyi 10 il ərzində həyata keçirdiyi tədbirlərlərdən biri də Beynəlxalq Olimpiya Qaçış Günləri olmuşdur. Məlum olduğu kimi 1947-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin Stokqolmda keçirilən 41-ci sessiyasında BOK-un Çexoslovakiyadan olan üzvü doktor Qruss dünya Olimpiya günü bayramını keçirmək təklifi ilə çıxış edərək hər il belə bir günün qeyd olunmasının Olimpiya ideallarının təbliğində mühüm rol oynayacağını əsaslandırdı. Onun təklif etdiyi laihə bəyənildi və Beynəlxalq Olimpiya Komitəsinin 1948-ci ilin yanvarında Sankt-Moritsdə keçirilmiş 42-ci sessiyalarında Olimpiya gününün keçirilməsi haqqında qərar qəbul olundu. Sessiya Olimpiya günü bayramını iyunun 17-dən 24-nə qədər olan müddətdə qeyd etməyi məqsədəuyğun saydı. Bu tarixin seçılməsinin səbəbi bayramıBeynəlxalq Olimpiya Komitəsinin yaradılması günü - yəni iyunun 23-də qeyd olunmasına nail olmaq idi.

Birici Olimpiya günü 1948-ci il iyunun 23-də dünyanın doqquz ölkəsində - Portuqaliya, Yunanıstan, Avstriya, Kanada, İsveçrə, Böyük Britaniya, Uruqvay, Venesuela və Belçikada qeyd olundu. Həmin gün Beynəlxalq Olimpiya Komitəsini prezidenti Ziqfrid Edstrom dünyanın bütün gənclərinə müraicətlə çıxış etdi. Sonralar Beynəlxlaq Olimpiya Komitəsi prezidentinin Olimpiya günü ərəfəsində bayram iştirakçılarına müraciət etməsi ənənə şəklini aldı.

Olimpiya gününün daha təntənəli şəkildə və bütün Milli Olimpiya Komitələrinin iştirakı ilə qeyd etmək məqsədilə Olimpiya Qaçış Gününün 1987-ci ildə keçirilmişdir. Hazırda Olimpiya Qaçış Günü bir qayda olaraq iyunun 23-də başlanır və bir həftə davam edir. Hər bir Milli Olimpiya Komitəsi bu tədbiri həmin həftə ərzində təyin etdiyi gün keçirir.

Birinci Olimpiya Qaçış Günündə qadınlar və kişilər arasında 10km məsafəyə qaçış təşkil olunmuşdur. Olimpiya Qaçış Günlərində keçirilən yarışların proqrammı sonralar genişlənmişdir. Son illərdə Olimpiya Qaçış Günü həftəsində idmanın başqa növləri üzrə yarışların və müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsi ənənə şəklini almışdır. Eyni zamanda qeyd etmək lazımdır ki, yarış iştiraeçıları üçün heç bir yaş və cins məhdudiyyəti qoyulmur. Bütün bunlar Olimpiya Qaçış Gününün kütləviliyini daha da artırır.

1987-ci ildə keçirilmiş birinci Olimpiya Qaçış Günündə 45, 1997-ci ildəki XI Olimpiya Qaçış Günündə isə 173 ölkə iştirak etmişdir.

Olimpiya Qaçış Günü Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında, onun kütləvi idman komssiyasının rəhbərliyi ilə keçirilir.

1928-ci ildən Olimpiya Oyunlarının təşkili və keçirilməsində fəal iştirak edən Coca-Cola firması 1989-cü ildən Olimpiya Qaçış Gününə qəsmi sponsorluq edir. Ayrı-ayrı ölkələrdə bu sponsurluq fəaliyyətini Coco-Cola-nın nümayəndəlikləri həyata keçirir.

Azərbaycanda Beynəlxalq Olimpiya Qaçış Günü ilk dəfə 1996-ci ildə keçirilmişdir. Bu tədbir çərçivəsində keçirilmiş yarışda 500-ə qədər qaçış həvəskarları iştirak etmişdir.

1997-ci ildə ikinci dəfə keçirilən qaçış günü əvvəlki ildən az fərqlənmişdir. İştirakçıların sayı yenə də beş yüz tərtibində olmuşdur.

1998-ci il iyunun 28-də XII Olimpiə Qaçış Günü Bakının dənizkənarığbulvarında keçirildi. Qaçış günü çərçivəsində qadınlar və kişilər arasında 21 km məsafəyə yarımarafonb 10 km məsafəyə qaçış, oğlanlar və qızlar arasında 4 və 2 km məsafəyə qaçış üzrə yarışlar, geniş mədəni-kütləvi tədbirlər proqrammı həyata keçirilmişdir.

İştirakçıların toplanış yeri olan Azadlıq meydanı, Sahil parkı, habelə start, finiş və qaçış məsafələrinin ərazi bayraq, şüar, emblemlərlə, o cümlədən Olimpiya bayraqları, rəmzləri və Coca-Cola şirkətinin reklam materialları ilə bəzədilmişdir. Bütün iştirakçılara üzərində Azərbaycan Milli Olimpiya Komitəsinin və Coca-Cola firmasının embleləri həkk edilmiş maykalar paylanılmışdı.

BMT-nin baş katibi Kofi Annanın Olimpiya Günü münasibətilə Olimpiya Komitəsinə ünvanlandığı məktubu, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samarançın qaçış günü iştirakçılarına müraciəti Azərbaycan, ingilis və rus dillərində oxundu.

Qaçış Gününün təntənəli açılış mərasimində Milli Olimpiya Krmitəsinin birinci vitse-prezidenti, Azərbaycan Respublikasının gənclər vəidman naziri Əbülfəz Qarayev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseyn-zadə və Coca-Cola şirkətinin Azərbaycandakı nümayəndəsi Nofəl Rzayev iştirak edirdilər.

Açılış mərasiminin rəsmi hissəsi iştirakçıların paradı ilə başa çatdı. Bundan sonra qaçış gününə həsr olunmuş geniş mədəni proqram çərçivəsində mağnı və rəqs ansamllıların, idman kollektivlərinin nümunəvi çıxışları oldu.

Yüesək səviyyədə təşkil edilmiş XII Beynəlxalq Olimpiya Qaçış Günündə Bakı və Sumqayıt şəhərlərindən 1500-ə qədər qaçış həvəskarı, o cümlədən xarici vətəndaşlar iştirak edirdilər.

Yarışlarda 1-3-cü yerləri tutanlar xüsusi mükafatlar və Beynəlxalq Olimpiya Komitəsinin diplomları ilə təltif olundular. Bütün iştirakçılar Beynəlxalq Olimpiya Komitəsinin Qaçış Günündə iştirakı təsdiq edən sertifikatını aldı. Yarışların ən yaşlı iştirakçının 70, ən kiçik iştirakçının isə 6 yaşı vardı.

1999-cu ildə də bu tədbir yüksək səviyyədə keçirilmişdir. Ötən yarışlardan fərqli olaraq bu dəfə idmançılar 10 km məsafəyə və uzunluğu 2800 m olan, Azadlıq meydanı-Fəvvarələr meydanı-Cücələrim kafesi, Dənizkənarı bulvar - zadlıq meydanı marşrutu üzrə mübarizədə güclərini sınayıblar.

Həmin cün Sahil parkı Olimpiya bayraqları, şüar, emblemlər və Coca-Cola şirkətinin reklam materialları ilə bəzədilmişdi. Bütün iştirakçılara üzərində Azərbaycan Milli Olimpiya Komitəsinin və Coca-Cola firmasının embleləri həkk edilmiş maykalar paylanılmışdı.

Marasimi saat 10-da gənclər və idman naziri, MOK-un I vitse-prezidenti Əbüdfəz Qarayev açdı.

Sonra Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samarançın və Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Beynəlxalq Olimpiya Qaçış Gününün iştirakçılarına müraciətləri oxundu.

Beləliklə, XII Beynəlxalq Olimpiya Qaçış Gününə həsr olunmuş tədbirin rəsmi hissəsi başa çatdı və öbyük idman bayramı oldu. Gənc qimnastların nümunəvi çıxışları, uşaq bədii özfəaliyyət kollektivlərinin maraqlı bayram proqramları hərarətlə qarşılandı.

Daha sonra 2, 8 və 10 km məsafələrə qaçış üzrə yarışların startı verildi. 2500-ə yaxın idmançı və qaçış həvəskarının iştirak etdiyi bu yarışlarda hamıya Beynəlxalq Olimpiya Komitəsinin sertifikatları, qaliblərə isə Coca-Cola şirkətinin qiymətli hədiyyələri təqdim olundu.

Hər il olduğu kimi ən kiçik və ən yaşlı idmançılar üçün də xüsusi mükafatlar təsis olunmuşdur.

200-ci il iyunun 24-də XIV Beynəlxalq Olimpiya Qaçış Günü Azərbaycanda Bakıda və Gəncə şəhərlərində keçirildi. Beləliklə, respblikada bu tədbirin keçirilmə coğrafiyası genişləndirildi. Bakıda qaçış günü iyunu 24-də yenə də Sahil parkında keçirildi. Hər il olduğu kimi bu dəfə də tədbir yüksək səviyyədə təşki olunmuşdur. Bakıda qaçışda iştirak edənlər güclərini 2, 4 və 10 km məsafəyə qaçışda sınadılar.

Həmin gün Sahil parkı yenə də Olimpiya bayraqları, şüar, emblemlərlə, o cümlədən Olimpiya bayraqları, rəmzləri və Coca-Cola şirkətinin reklam materialları ilə bəzədilmişdir. Bütün iştirakçılara üzərində Azərbaycan Milli Olimpiya Komitəsinin və Coca-Cola firmasının embleləri həkk edilmiş maykalar paylanılmışdı.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samarançın və Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Beynəlxalq Olimpiya Qaçış Gününün iştirakçılarına müraciətləri oxundu.

Rəsmi hissədən sonra qaçış üzrə yarışların startı verildi. Bakıdakı qaçış günündə 2279 idmançı və qaçış hvəskarları iştirak etdi. Onları hamısına Beynəlxalq Olimpiya Komitəsinin sertifikatları, qaliblərə isə Coca-Cola şirkətinin qiymətli hədiyyələri təqdim olundu.

Gəncə şəhərində Beynəlxalq Olimpiya Qaçış Günü iyunun 27-də təşkil olundu. Tədbirdə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin nümayəndələri, Gəncə idman təşkilatlarının rəhbərləri, şəhərin rəhbər orqanlarını təmsil edən şəxslər, Coca-Colanın Gəncədəki nümayəndəsi iştirak etdi. Gəncədə qaçış günündə 515 nəfər idmançı qələbə uğrunda mübariyə apardı.

İyunun 30-da isə bu tədbir Azərbaycanın Gəncə şəhərində olmuşdur.

2001-ci ildə Bakıda qaçış günü Beynəlxalq Olimpiya Komitəsinin yarandığı gün keçirildi. İyunun 23-də şəhərdə əhalinin sevimli istirahət yeri olan dənizkənarı bulvarda - Sahil parkında bayram təntənəsi açıq-aydın hiss olunurdu. İştirakçıların toplanış yeri olan Azadlıq meydanı, Sahil parkı, habelə start, finiş və qaçış məsafələri bayraq, , şüar, emblemlərlə, o cümlədən Olimpiya bayraqları, rəmzləri və Coca-Cola şirkətinin reklam materialları ilə bəzədilmişdir. Dəstə-dəstə sahil parkında axışan adamlar diktorun Olimpiya Hərəkatına dair məlumatını dinləyirdilər. Bütün iştirakçılara üzərində Azərbaycan Milli Olimpiya Komitəsinin və Coca-Cola firmasının embleləri həkk edilmiş maykalar paylanılmışdı.

Azərbaycanda keçirilən XV "Olimpiay Qasış Günü"ndə həm iştirakçıların, həm də tamaşaçıların sayının əvvəlki illərə nisbətən qat-qat çox idi. Qaçış günü çərçivəsində qadınlar və kişilər arasında 10 km, oğlanlar və qızlar arasında 4 və 2 km məsafəyə qaçış üzrə yarışlar, geniş mədəni-kütləvi tədbirlər proqrammı həyata keçirildi.

Qaçış Gününün təntənəli açılış mərasimində Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samarançın və Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Beynəlxalq Olimpiya Qaçış Gününün iştirakçılarına müraciətləri oxundu.

Mərasimi Milli Olimpiya Komitəsinin vitse-prezidenti Singiz Hüseynzadə açdı. O, iştirakçıları salamlayaraq Olimpiya Hərəkatı haqqında qısa məlumatdan sonra Beynəlxalq Qaçış Gününün məqsəd və məramından danışdı, bu gün keçirilən tədbirin Olimpiya ideallarının təbliğindəki rolunu qeyd etdi. Çıxışının sonunda O, XV Olimpiay Qasış Gününə toplaşanları bayram münasibəti ilə bir daha təbrik etdi, yarış iştirakçılarına uğurlar arzuladı, bayram iştirakçılarını idman və Olimpiya Hərəkatında bundan sonra da fəal iştirak etməyə çağırdı.

Coca-Cola şirkətinin Azərbaycandakı nümayəndəsi öz çıxışını iştirakçıları təbriklə başladı. O, Coca-Cola şirkəti ilə Beynəlxalq Olimpiya Komitəsinin əməkdaşlıq və Olimpiya Qaçış Gününə sponsorluq tarixindən bəhs etdi, yarış iştirakçılarına uğurlar arzuladı.

Açılış mərasiminin rəsmi hissəsi iştirakçıların paradı ilə başa çatdı. Bundan sonra qaçış gününə həsr olunmuş geniş mədəni proqram çərçivəsində mağnı və rəqs ansamllıların, idman kollektivlərinin nümunəvi çıxışları oldu.

Yüesək səviyyədə təşkil edilmiş XV Beynəlxalq "Olimpiya Qaçış Günü"ndə Bakı və Sumqayıt şəhərlərindən 2500-ə qədər qaçış həvəskarı, o cümlədən xarici vətəndaşlar iştirak edirdilər.

Yarışlarda 1-3-cü yerləri tutanlar xüsusi mükafatlar və Beynəlxalq Olimpiya Komitəsinin diplomları ilə təltif olundular. Bütün iştirakçılar Beynəlxalq Olimpiya Komitəsinin Qaçış Günündə iştirakı təsdiq edən sertifikatını aldılar.

Olimpiya Qaçış Günü tədbiri iyunun 23-ü daxil olduğu bir həftə ərzind davam edir. Artıq ikinci ildir ki, Milli Olimpiya Komitəsi Azərbaycanda bu tədbir təkcə Bakıda deyil, respublikanın böyük, qədim və gözəl şəhərlərindən biri olan Gəncədə də təşkil edir. Gəncənin Olimpiya Qaçış Gününü qeyd edən şəhərlər cərgəsinə bir il əvvəl qoşulmasına baxmayaraq şəhərdə tədbirə yaxşı hazırlaşmış, onun yüksək səviyyədə təşkil edə bilmişdilər. İyunun 30-da Gəncədə Qaçış Günündə iştirak edənlərin, yarışa qatılanların sayı çox idi. Şəhərin bayramsayağı bəzədilmiş mərkəzi meydanındakı qələbəlik, az qala bütün şəhərin bu tədbirə qoşumasından xəbər verirdi.

Gəncədə keçirilmiş qaçış günündəki yarışlarda 600-dən çox idmançı və həvəskar iştirak etdi. Qaliblər Milli Olimpiya Komitəsinin və Coca-Cola şirkətinin hədiyyələri ilə mükafatlandırıldılar.

2002-ci ilin Beynəlxalq Olimpiya Qaçış Günü Azərbaycanda iyunun 23-də Bakıda, iyunu 28-də isə Gəncə şəhərində keçirildi. Bakıda Milli Parkda təşkil olunmuş qaçış günündə yarış iştirakçıları 2, 4 və 10 km məsafəyə qaçışda güclərini sınadılar.

İllk əvvəl mübarizəyə 10 km məsafəyə qaçan idmançılar qoşuldular. Kişilərin yarışında Sənan Məmmədov finişa hamıdan qabaq çataraq yarışın qalibi oldu. Nəriman Məmmədov ikinci, Rəhim Məmmədov isə üçüncü yeri tutdular.

Bu məsafəyə qaçışda qadınlar arasında mübarizədə Nailə Novruzova birinci, Şəms Süleymanova və Nərimanə Məmmədova isə müvafiq olaraq ikinci, üçüncü yerləri tutdular.

10 km məsafəyə yarış başa çatdıqdın sonra idman bayrmının təntənəli açılış mərasimi keçirildi. Mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Singiz Hüseynzadə, Coca-Cola firmasının Bakıdakı təmsilçisi Azər Hüseynov və idman igtimayətinin digər nümayəndələri iştirak etdilər. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqun Beynəlxalq Olimpiya Qaçış Gününün iştirakçılarına müraciəti və Mili Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin təbrik məktubu oxundu.

Rəsmi açılışdan sonra baş hakim Ürfət Qasımov yarış iştirakçılarını 4 km məsafəyə qaçış üçün start xəttinə dəvət etdi. Yüzlərlə atletin və idman həvəskarlərının qatıldığı bu yarışda şəhərimizdə qonaq gələn İran vətəndaşı, bu məsafəyə qaçış üzrə İran çempionu, əslən azərbaycanlı olan Bəyazəli Purmami finiş xəttinə birinci çatdı. İkinci yeri Sergey Anoxin, üçüncü yeri isə Fikrət Məmmədov tutdu.

Hmin məsafəyə qadınların yarışında Yuliya Kolesnikova bütün rəqiblərini geridə qoydu. Gülnarə Cəbrayılova ikinci, Rimma İlyasova isə üçüncü oldu.

2 km məsafəyə qaçışda daha çox idmançı və həvəskar iştirak edirdi. Oğlanlar arasında Namiq Məmmədov birinci, Rüfət İbrahimov ikinci, Allahverdi Abdullayev isə üçüncü oldu. Həmin məsafəyə qızlar arasında yarışda Kamilə Mehdiyeva birinci, Elnarə İbrahimova ikinci yeri tutdu. Bakıya Rusiyadan Tumen şəhərindən qonaq gəlmiş Lüdmila Kulakova finişə üçüncü çatdı.

Qaçış gününün qaliblərinə qiymətli hədiyyələr və iştirakçıların hamısına BOK prezidenti Jak Roqun imzaladığı iştirak haqqında sertifikat təqdim edildi.

Yarışın ən böyük və ən kiçik yaşlı iştirakçıları da unudulmadı. 2002-ci ildə Şixnəbi Şixnəbiyev və Bahar Mirişli ən kiçik, 72 yaşlı Böyükağa Qasımov və 62 yaşlı Taisa Nalivayko isə ən yaşlı iştirakçı kimi Milli Olimpiya Komitəsinin xüsusi hədiyyələrinə layıq görüldülər.

Beynəlxalq Qaçış Günü iyun ayının 29-da Azərbaycan Gəncə şəhərində keçirildi. Gəncə şəhərindəki qəçış günündə 500-dən çox idmançı və həvəskar yarışlarda iştirak etdi. Ümumiyyətlə isə 2002-ci ildə Azərbaycanda keçirilmiş qaçış günündə 3000-nə yaxın idmançı və həvəskar iştirakçı oldu.