İştirak etmiş ölkələrin sayı - 69
Yarışların sayı -149
idmançıların sayı -4 925 (4407 - kişi, 518 - qadın)
Bu oyunlarda iştirak edən SSRİ yiğma Olimpiya komandasının tərkibinə Azərbaycanın 5 idmançısı - dörd güləşçi, bir yüngül atlet daxil edilmişdi. Azərbaycan idmançilar iştirak etdikləri ilk Olimpiya Oyunlarından Vətənə bir gümüş və bir bürünc medalla qayıtdılar.
Rəşid Məmmədbəyov Helsinkidə bütün rəqiblərinə qalib gələrək finala çıxdı. O, final görüşündən əvvəl zədə aldığına görə qızıl medal uğrunda mübarizədə imkanlarından aşağv səviyyədə güləşdi. Yaponiyadan olan rəqibinə finalda xal hesabı ilə uduzan idmançımız Olimpiya Oyunlarının gümüş mükafatçısı oldu. Olimpiya Oyunlarında əldə olunan hər bir medal böyük nailiyyət sayılır. Rəşidin qazandığı gümüş medal isə Azərbaycan idmançısının ilk olimpiya medalı kimi daha böyük dəyər kəsb edir. Bu, Azərbaycan Olimpiya tarixinin ilk medalı, ilk şanlı səhifəsi idi.
Finlandiyada Azərbaycan pəhləvənı İbrahimpaşa Dadaşovun da medalçılar sırasında olacağı gözlənilirdi. Lakin İbrahimpaşa öz imkanlarından aşağı səviyyədə çıxış etdi. O, birinci səkkiz idmançı sirasına daxil olsa da, medallar uğrunda mübarizə apara bilmədi.
Helsinkidə sərbəst güləş üzra SSRİ yığma komandasının 8 üzvündən üçü Azərbaycandan idi. Sərbəst güləş yarışlarında SSRİ yığmasının əsasən Azərbaycan güləş məktəbinin nümayəndələri ilə təmsil olunması bu idman növünün respublikada necə güclü olduğunu təsdiq edirdi. Daha bir fakti qeyd etmak lazımdır. O vaxt SSRİ yığmasının Olimpiya Oyunlarına bir nömrəli namizədi olan dördqat SSRİ çempionu, məşhur Azərbaycan pəhləvani Musa Babayev Helsinki Olimpiadasında iştirak edə bilmədi. Olimpiadaya hazirlıq ərafəsində ayağından zəda almış Musanı Helsinkida Azarbaycan güləş məktəbinin başqa yetirməsi əvəz etdi və o, Finlandiyada 4- cü yeri tutdu.
Helsinkiya SSRİ yığmasının tərkibində respublika yüngül atletika məktəbinin təmsilçisi da yola düşmüşdü. Olimpiya medalına əsəs namizədlərdən olan Xandadaş Mədatov uzunluğa tullanma üzrə yarışlarda çıxış edəcəkdi. Təəssüf ki, idmançımız məşq zamani zədələndiyinə görə yarışlardan kanarda qaldı.