Melburn

İştirak etmis, ölkələrin sayı- 67
Yarışların sayı -145
idmançıların sayı -3184 (2813 kişi, 371-qadın)

Sovet ittifaqı Olimpiya Oyunlarında ikinci dəfə iştirak edirdi. Bu dəfə yıgğmanın tərkibini formalaşdırmaq məqsədilə Olimpiada ərəfəsində, 1956-ci ilin avqustunda SSRİ xalqlarının spartakiadasi keçirildi. Sovet idmançılarının hazırlıq səviyyəsi bir daha yoxlanıldı.

Moskvada keçirilən spartakiadada Azərbaycan idmançılarından yüngül atlet Yuri Konovalovun nəticəsi daha yüksək oldu. O, 100 metr məsafəyə qaçışda finala çıxdı. Beləliklə, Azərbaycan idmançısı Sovet ittifaqının yığma olimpiya komandasının təkibinə daxil edildi.

Respublikamızı Melburnda təmsil edən Yuri Konovalov 200 metr məsafəyə qaçışda müvəffəqiyyətsizliyə uğrayaraq birinci dövrədə yarışdan cixdi.

Bakılı idmançı 4x100 m məsafəyə estafet qaçışında uğurla çıxış etdi. L.Bartenyev, V.Tokarev, V.Suxareviç ilə birgə iştirak etdiyi estafet qaçışında komanda 39.8 saniyə nəticə göstərərək ikinci yeri tutdu. Bu, ABŞ idmançılarının göstərdikləri dünya və Olimpiya rekordundan cəmi 0,3 saniye az idi. Beləliklə, idmançımız Melburn Olimpiada-sının gümüş medalı ilə Vətənə döndü. Bu, Azərbaycan idmançılarının Olimpiya Oyunlarında qazandıqları üçüncü medal oldu.