Roma

25 avqust -11 sentyabr 1960 iştirak etmiş ölkələrin sayı - 83
Yarışların sayı -150
idmançıların sayı - 5348 (4738 - kişi, 610-qadın)

XVII Yay Olimpiya Oyunları İtaliyanın paytaxta qədim Romada keçirildi. Bu dəfə Sovet idmançılarının 245 nəfərlik heyətində Azərbaycanın iki nümayəndəsi vardı. Melburn olimpiadasının gümüş mükafatçısı Yuri Konovalov və vaterpolçu Yevgeni Saltsin Romaya Azərbaycandan yola düşmüşdü.

Sovet vaterpolçuları qrup yarışlarında Almaniya, Argentina, Braziliya komandaları ilə mübarizə apardılar. ilk oyunda SSRİ-nin yığma komandası almanlarla qarşılaşdı. Gərgin mübarizə şəraitində keçən bu görüş 5:4 hesabı ilə Sovet komandasının xeyrinə başa çatdı. Sonrakı görüşlərdə sovet idmançılan Argentina komandasına 7:4, Braziliyaya 8:2 hesabi ilə qalib gəldilər. Qrup mərhələsini müvəffəqiyyətlə başa vuran Sovet voterpolçuları yalnız finalda italiyalılara məğlub olaraq olimpiadanın gümüş medalına layiq görüldülər. Bu medalın qazanılmasında Azərbaycan idmançısı Yevgeni Saltsinin da əməyi az olmadı.

idman şahzadəsi yüngül atletikanın nümayəndələri yarışa avqustun 31-də başladılar. Azərbaycan idmançısı Yuri Konovalov burada da Melburn Olimpiadasındakı nailiyyətini təkrar etdi. Yuri Konovalov, Qusman Kosanov, Leonid Bertenyev, Edven Ozolinin daxil olduğu sovet komandası 4x100 metr məsafəyə estafet yarışının final mərhələsini ikinci başa vurdu. Bu, Yuri Konovalovun ikinci Olimpiya medali oldu. Belelikle, Azərbaycan idmançılarının uç olimpiadada qazandıqları medaların sayı 5-ə çatdı. Bu medalların dördü gümüş, biri bürünc idi.