İştirak etmiş ölkələrin sayı - 93
Yarışların sayı - 63
idmançıların sayı - 5140 (4457 - kişi, 683 - qadın)
XVIII Yay Oyunları gündoğan ölkəsi olan Yaponiyada keçirildi. Olimpiadanın açılış məra-simi oktyabrın 10-da oldu. Tokio Oyunlarında sovet komandasının tərkibində respublikamızın altı idmançısı - voleybolçu İnna Riskal, beşnövçü Viktor Minejev, klassik üsulla güləşən A.Sayadov, sərbəst üsulla güləşən Aydın İbrahimov, voterpolçular Nikolay Kuznetsov və Zenon Bortkeviç daxil edilmişdi.
Yaponiyada SSRİ-nin vaterpol komandasının heyətində iki Azərbaycan idmançısı oynayırdı. Su polosu komandası ötən olimpiada ilə müqayisədə bir az zəif nəticə göstərərək üçüncü yeri tutdu. Azərbaycan vaterpolçulan Nikolay Kuznetsov və Zenon Bortkeviç 18-ci Yay Olimpiya Oyunlarının bürünc medallarını aldılar.
İdmançılarımız arasında ən yüksək nəticəni beşnövçü Viktor Mineyev gösterdi. O, beş növdə topladığı xallara görə birinci oldu və 198 xalla qızıl medal qazandı. Bu, Azərbaycan idmançılarının Olimpiya Oyunlarında qazandıqları ilk qızıl idi.
1964-cu il Tokio Oyunlarında çıxış edən SSRİ-nin qadınlardan ibarət yığma voleybol ko-mandasının tərkibində Azərbaycan idmançısı İnna Riskal da var idi. İnna sovet komandasının ən güclü oyunçusu sayılırdı. Bu, yarışlarda da özünü göstərdi. Sovet voleybolçulari yalnız final görüşünü meydan sahiblərinə uduzaraq Olimpiya Oyunlarının gümüş medalını qazandılar. Medalın qazanılmasında İnnanın müstəsna rolu oldu.
Azərbaycan güləş, məktəbinin yetirməsi Aydın İbrahimov Tokioda sərbəst güləsş üzrə yarımyüngül çəkili pəhləvanlar arasında üçüncü yeri tutaraq bürünc medal əldə etdi.