İştirak etmiş ölkələrin sayı -112
Yarışların sayı -172
idmançıların sayı - 5530 (4750 - kişi, 780 - qadın)
XIX Yay Olimpiya Oyunlarında Sovet ittifaqını təmsil edən komandanın tərkibinə Azərbaycanın üç idmançısı daxil edilmişdi. Bu üç idmançıdan ikisi SSRİ-nin qadınlardan ibarət yığma voleybol komandasının tərkibində çıxış edirdi. Azərbaycandan olan üçüncü idmançı isə Olimpiya Oyunlarının qadınlar arasında suyatullanma yarışarında gücünü sınayacaqdı.
Azərbaycanın tanınmış voleybolçularının - İnna Riskal və Vera Lantratovanın daxil olduğu qadınlardan ibarət voleybol komandası qrup yarışlarında və yarımfinalda uğurla çıxış edərək finala vəsiqə qazandı. Finalda Sovet voleybolçuları ötən Olimpiadada olduğu kimi yenə də yapon voleybolçula ilə qarşılaşdılar. Əvvəlki olimpiadada öz meydançalarında oynamış yapon voleybolçuları Mexikoda azarkeşlərin yardım və dəstəyindən uzaq idilər. Üstəlik sovet voleybolçuları da bu defə əvvəlkindən qat-qat güclü olduqlarını nümayiş etdirdilər. Sovet idmançılarının gözəl və inamlı oyunu "japon qasırğası" adlı mifli alt-üst etdi. Azərbaycan voleybolçusu İnna Riskala isə yapon jurnalistləri "Xəzər şimşəyi" ləqəbini verdilər. SSRİ komandası məğlubedilməz sayılan yapon komandasina qalib gələrək Olimpiya çempionu oldu. Beləliklə Azərbaycan voleybolçuları İnna Riskal və Vera Lantratova Vətənə olimpiya çempionları kimi qayıtdılar.
Olimpiya Oyunlarının proqramına daxil olan suyatullanma yarışlarında ilk dəfə Azərbaycan idmançısı da çıxış etdi. Doğrudur, Nadejda Karpuxina bu yarışlarda yüksək nəticə əldə edə bilməyib 22-ci yerle kifayətləndi. Bununla belə Azərbaycanda idmanın müxtəlif növlərinin yayilıb inkişaf etmesi faktı bir daha təsdiq olundu.