Münhen

İştirak etmiş ölkələrin sayı -121

Yarısların sayı -195

idmançıların sayı -7123 (6065 -kişi, 1058-qadın)

Azərbaycandan Münhen Olimpiadasına uç idmançı - qadınlardan ibarət voleybol koman-dasının kapitani, olimpiya çempionu İnna Riskal, yüngül atlet Aleksandr Kornelyuk, üçüçcü Vladimir Krivtsov iştirak etmişdir.

İnna Riskalın daxil olduğu qadınlardan ibarət voleybol komandası əvvəlki olimpiadada olduğu kimi, bu dəfə də qrup yarıslarında uğurla çıxış etdi. Yarımfinalda sovet idmançıiları qələbə qazanaraq finala çıxdılar. Finalda onlan yenə də yapon voleybolçulan ilə görüş gözləyirdi, Artıq üçüncü olimpiada idi ki, finalda bu iki komanda arasında görüşdə qızıl medalın taleyi həll olunurdu. İndiyədək keçirilmiş yarışların birincisində yaponlar, ikincisində isə sovet idmançıları qalib gəlmişdilər. Münhendəki final görüşü daha gərgin keçdi. Oyun 2 saat 48 dəqiqə davam etdi. Rəqiblərdən heç biri uduzmaq istəmir, qələbə uğrunda əzmlə mübarizə aparırdi. Sovet komandasının kapitanı İnna Riskal bu görüşdə də olduqca gözəl oyun nümayiş etdirdi. Nəticə sovet voleybolçularının xeyrinə oldu. İnna Riskal ikinci dəfə Olimpiya çempionu adını qazandı. Onun olimpiya medallarının ümumi sayı isə uçə çatdı. Bu medallardan ikisi qızıl, biri isə gümüş idi.

Münhendə Azərbaycan yüngül atletika məktəbinin təmsilçisi sprinter Aleksandr Kornelyuk iki növdə çıxış etdi. 100m məsafəyə qaçışda finala çıxıb altınci yeri tutan Aleksandr 4X100m estafet yarışının gümüş medalını qazandı.