İştirak etmiş ölkələrin sayı - 92
Yarışların sayı -198
idmançıların sayı - 6028 (4781 kişi, 1247-qadın)
21-ci Yay Olimpiya Oyunları Amerika qitəsində keçdi. Bu dəfə Olimpiya Oyunlarına Kanadanın Monreal şəhəri ev sahibliyi etdi. Monreal Oyunlarında Azərbaycan idmanının 3 nəfər - voleybolçu İnna Riskal, handbolçular Rəfiqə Şabanova və Ludmila Şubina təmsil edirdi.
İnna Riskalın kapitan olduğu qadın valeybol komandası Monrealda da finalda yaponlarla qarşılaşdı. Bu dəfə yaponlar üstünlüyü ələ aldılar. Oyun yapon voleybolçularının xeyrinə qurtardı. İnna Riskalın qazandıbı növbəti medal gümüş oldu. Beləliklə SSRİ yığma komandasının tərkibində dalbadal dörd olimpiadada çıxış etmiş İnna Riskal dörd olimpiya medali əldə etdi - iki qızıl, iki gümüş.
Kişilərin voleybol turnirində Polşa idmançıları qələbə qazandılar. Bu komandanın meşqçisi Azərbaycan voleybol məktəbinin yetirməsi, Azarbaycanın əməkdar maşqçisi Lev Milman idi. Maraqlıdır ki, Olimpiadanın bürünc mükafatını almış Kuba voleybolçularını da Monreala bakilı meşqgi İvan Dyaçkov hazırlamışdı. Monrealda voleybol yarışlarını idarə edən hakimlərdən biri azərbaycanlı hakim Ramiz Səmədov olmuşdur.
Qadınlar arasında həndbol yarışı ilk dəfə Monreal Olimpiya Oyunlarının proqramına daxil edilmişdi. Bu yarışlarda SSRİ komandasi yaxşi çıxış etdi. Olimpiya qızılını qazanmış qadın həndbolçular arasında iki Azırbaycan idmançısı - Rafiqa Şabanova va Ludmila Şubina da vardı.
Monrealda Azərbaycan idman məktəbinin daha bir nümayəndəsi də çıxış etmişdir. Qrup halında velosiped yürüşündə SSRİ çempionu, Yuqaslaviyada keçirilmiş beynəlxalq velosiped yarışinın qalibi Aleksandr Averin Monreal Olimpiadasının iştirakçısı idi. Averin Olimpiya ilində Azərbaycandan köçdüyünə gərə olimpiadalara aid sorğu kitabçalarında bu idmançı Rusiyanın təmsilçisi kimi qeyd olunur.