Moskva

İştirak etmiş ölkələrin sayı - 80

Yarışların sayı - 203

idmançıların sayı -5217 (4092 - kişi, 1125-qadın)

Amerika Birləşmiş Ştatlarının prezidenti Cimmi Karter Sovet qoşunlarının Əfqanıstana daxil olmasını əsas götürərək SSRİ-nin paytaxtında keçirilən bu olimpiadanı baykota çağırışla çıxış etmişdi. Onun elan etdiyi baykota bir çox ölkələr qoşulmuşdu. Nəticədə iştirakçı ölkələrin və atletlərin sayı gözlənilən miqdarda olmadı. Buna baxmayaraq Moskva Oyunları yüksək səviyyədə keçdi.

Moskva Olimpiadasında SSRİ yığma komandasının tərkibinə Azərbaycandan 5 idmançı daxil edilmişdi. Larisa Savkina qadınlar arasında həndbol, Vasili Yakuşa, Viktor Pereverzev, Gennadi Kryuçkin və Aleksandr Lukyanov akademik avarçəkmə, Tatyana Şvıqanova qadınlar arasında otüstü xokkey yarışlarında iştirak etdilər. Moskvada qadınlardan ibarət sovet həndbol komandası birinci yeri tutdu. Qızıl medalçılar arasında Azərbaycan idmançısı Larisa Savkina da vardı, Akademik avarçəkmədə kişilər arasında tekadamlıq qayıqda Azərbaycan idmançısı Vasili Yakuşa ikinci yeri tutaraq gümüş medal qazandı. Azərbaycan idmançıları Viktor Pereverzev, Gennadi Kryuçkin və Aleksandr Lukyanov şükançısı olan ikinəfərlik qayıqda ölkəmizə daha bir gümüş medal gətirdilər. Tatyana Şviqanova qadınlar arasında otüstü xokkey yarışlarının bürünc mükafatçısı oldu.