İştirak etmiş ölkələrin sayı -159
Yarışların sayi - 237
idmançıların sayı - 8465(6279 - kişi, 2186-qadın)
Seulda SSRİ yığma komandasının tərkibinə Azərbaycandan 18 idmançı çıxış, etdi. Onlardan iki nəfəri qılıncoynadan - İlqar Məmmədov və Boris Koretski, 11 nəfər avarçəkən idi. Bundan başqa komandanın tərkibində futbolçu İqor Ponomaryov, stend atıçısı Valeri Timoxin, stolüstü tennisçi Valentina Popova, həndbolçu Yelena Quseva ve güləşçi Məhəddin Allahverdiyev da vardi.
Azərbaycan güləş məktəbini təmsil edən üçqat dünya çempionu Məhəddin Allahverdiyev, təəssüf ki, Seulda imkanlarından aşağı səviyyədə çıxış etdi. İlk görüşdə Polşa güləşçisinə uduzan pəhləvənımız olimpiya yarışlarını dördüncü yerdə başa vurdu.
Azərbaycandan olan 11 avarçəkəndən yalnız ikisi Vətənə medallarla qayıtdı. Moskva Olimpiadasının gümüş mükafatçısı Vasili Yakuşa rusiyalı Aleksandr Marçenko ilə ikinəfərlik qayıqlarda bürünc medalın sahibi oldu. Səkkiznəfərlik qayıqçılar heyətinə daxil olan mingəçevirli Aleksandr Lukyanov isə Seul Oyunlarının gümüş medalını aldı.
Stend atıcısı Valeri Timoxin də yarışların ilkin mərhələsini inamla keçdi. O, qızıl medala əsas namizəd sayılırdı. Lakin həlledici mərhələdə Valeri Timoxin lazımi nəticəni göstərə bilmədi.
Azərbaycan tennis məktabi ilk dəfə Olimpiya Oyunlarında Seulda təmsil olunmuşdu. Stolustu tennis yarışlarında çıxış edən idmançımız Valentina Popova 6-cı yeri tutdu.
Monreal və Moskva Olimpiadalarının qalibləri olan Sovet qadın həndbolçuları Seulda öz mövqələrini əldən verdilər. Komandada çıxış edən bakılı Elina Quseva Seuldan bürünc medalla Vətənə döndü.
Rapiraçıların komanda yarışlarında İlqar Məmmədov və Boris Koretskinin daxil olduğu sovet komandası qızıl medal qazandı.
Sovet futbolçuları Braziliya komandası ilə final oyununda qalib gəldilər. Beləliklə, Azərbaycan futbolçusu İqor Ponomaryov Olimpiya çempionu adını aldı.
Seul Olimpiadasında Azərbaycan idmançıları altı medal qazandılar: İlqar Məmmədov, Boris Koretski (qılıncoynatma), İqor Ponomaryov (futbol) - qızıl medal, Aleksandr Lukyanov (avarçıakmə) - gümüş, Vasili Yakuşa (avarçəkmə), Elina Qusyeva (həndbol) -bürünc.