Barselona

İştirak etmiş ölkələrin sayı -169
Yarışların sayı - 257
idmançıların sayı - 9367 (6659 - kişi, 2708 - qadın)

1992-ci ildə keçiriləcək 25-ci Yay Olimpiya Oyunları ərəfəsində dünyanın siyasi xaritəsi dəyişdi. 1991-ci ilin sonunda SSRİ dağıldı. Onun tərkibinə daxil olan respublikalar müüstəqillik qazandılar. Bu dövlətlərin növbəti

Olimpiadada iştirakı məsələsi Beynəlxalq Olimpiya Komitəsini problem qarşısında qoydu. Suverenlik əldə etmiş respublikalar öz olimpiya komitələrini yaratsalar da, 1992-ci ilda BOK bu komitələrdən çoxunu tanımırdı. Bununla yanaşı, başqa bir problem də hökm sürürdü. Yeni yaranmış müstəqil dövlətlərin idmançıları lisenziya yarışlarında öz ölkələrinin bayrağı altında çıxış etməmişdilər. Dünya və Avropa çempio-natlarında, lisenziya yarışlarında SSRİ-nin yığma komandası çıxış etmişdi. Beləliklə, müstəqil dövlətlərin böyük əksəriyyəti Olimpiya Oyunlarında sərbəst iştirak etmək hüququna malik deyildi. Buna görə də, Müstəqil Dövlətlər Birliyinin komandasının Olimpiya Oyunlarına buraxılması qərara alındı. Bu yığma komanda Barselonada BOK-un bayrağı altında çıxış etdi. MDB-nin himni və bayrağı olmadığından komanda yarışlarının qaliblərinin mükafatlandırılması zamanı BOK-un, şəxsi yarışlarda isə idmançının təmsil etdiyi ölkənin bayrağının qaldırılması qərarı qəbul edildi.

Barselonada MDB ölkələrini təmsil edəcək yığma komandanın formalaşdırılması da böyük mübahisələr doğururdu. Məsələn, cüdoda yığma komandanın məşqçiləri 60 kq çəkidə 1991-ci il MDB çempionatının qalibi gürcü G.Vaziqaşvilini komanda heyətinə daxil etmək istəyirdilər. Azərbaycan idmançısı Nazim Hüseynov is həmin ilin Avropa birincisi idi. Uzun mübahisələrdən sonra yoxlama görüşü keçirildi. Hakimlər üstünlüyü Azərbaycan cüdoçusuna verdilər.

Barselona Olimpiadasının 1992-ci il iyulun 25-də keçirilən açılış mərasimində MDB ölkələrinin ümumi komandası BOK bayrağı və birlik üzvü olan respublikaların 12 bayrağı ilə stadiona daxil oldu. Üçrəngli Azərbaycan bayrağı altında 5 idmançı - Nazim Hüseynov (cüdo), Valeri Belenki (gimnastika), İlqar Məmmədov (qılıncoynatma), Valeri Timoxin (stend atıcılığı), Valentina Popova (tennis) gedirdi.

İdmançılarımız arasında ilk qızılı Nazim Hüseynov qazandı. Bu, Azərbaycan idmanının tarixində əlamətdar bir hadisə idi. İlk dəfə dünyanın ən mötəbər idman yarışında Azərbaycan bayrağı qaldırıldı və müstəqil dövlətimizin himni səsləndi.

Azərbaycan qılıncoynadanı İlqar Məmmədov Seul Olimpiadasının qalibi idi. Dörd il əvvəl o, komanda yarışlarında olimpiya qızılını qazanmış, şəxsi birincilikdə isə 10-cu yeri tutmuşdu. Barselonada İlqar medal qazanmasa da, şəxsi birincilikdəki nailiyyətini yaxşılaşdıraraq 5-ci nəticəni göstərdi.

Azərbaycan gimnastı Valeri Belenki komanda yarışında Olimpiya qızılını aldı. İdmançımız şəxsi birincilikdə daha bir medal - bürünc medal qazandı.