Nagano

İştirak etmiş ölkələrin sayı - 72
İdman növləri - 7
Yarışların sayı - 68
İdmançıların sayı - 2304 (1480 - kişi, 615 -qadın)

Məlumdur ki, hələ sovet dövründə Bakıda qış idman növlərinin inkişafı üçün baza yaradılması istiqamətində müəyyən işlər göüulmüş, addımlar atılmışdı. Bakıda tikilib istifadəyə verilmiş idman sarayında fiqurlu konkisürmə bölmələri yaradılmışdı. Bu bölmələrdə qış idman növləri ilə məşqul olmaq istəyənlər məşqlər keçırdilər. Bütün bu faktlar göstərir ki, ölkədə qış oyunlarına da maraq az deyildir. Lakin Azərbaycan cənub ölkəsi olduğundan qış idman növlərinin kifayet qədər inkişafı üçün imkanlar çox deyil. Buna baxmayaraq 1998-ci ildə Azərbaycan dünyanın Qış Olimpiya Oyunlarının işti-rakçısı olan 67 ölkəsinin çərgəsinə qatıldı. Ölkəmiz özünün ilk qış olimpiadasında 5 idmançı ilə təmsil olunmaq hüququnu əldə etdi.

Olimpiadanın açılış mərasimi fevralın 7-də Naqanonun "Minami Srorts Park" stadionunda oldu. Mərasimdə 50 mindən artıq tamaşaçı iştirak edirdi.

Naqanoda fiqurlu konkisürənlər Yuliya Vorobyova qadınlar arasında tək, İqor Paşkeviç kişilər arasında tək, İnqa Rodionova-Aleksandr Anişşenko qoşa yarışlarda və Elbrus İsakov dağ xizəyi idman növündə Azərbaycan bayrağı altında çıxış etdilər. Naqanoda idmançılarımızdan - Yuliya Vorobyova 16-cı, İqor Paşkeviç 16-cı, İnqa Rodionova-Aleksandr Onişşenko cütlüyü isə 18-ci oldu.

Elbrus İsakov xəstələndiyinə görə yarışlarda iştirak edə bilmədi.