1997-ci ilin dekabrında Sidneyə hazırlıq konsepsiyası təsdiq olundu. 1998-ci ilin yanvarından idmançıların sosial problemləri ilə bağlı bir sıra məsələlər həll olundu, fede-rasiyaların işində səliqə-sahman yaradıldı. idmançıların təlim-məşq prosesi təşkil olundu, onların yarışlarda iştirakı təmin edildi. İlin sonunda ilk lisenziya qazanıldı. 1999-cu ilda lisenziyaların sayı artdı. Olimpiya Oyunları ərəfəsində lisenziyaların sayı 31-ə çatdı. MOK-un idmançılar üçün təşkil etdiyi son təlim-məşq toplanları avqustun birinci yarısında başa çatdi. Avqusutun ikinci yarısında idmançıların Avstraliyaya yola salınması mərasimləri, tədbirləri bir-birini əvəz etdi. Bu tədbirlərdən ən yadda qalanı mavi Xəzərin sahilində yerləşən Zuğulba qəsəbəsindəki Beynəlxalq Turizm Mərəkəzində avqustun 25-də dövlət başçısının iştirakı ilə keçırilən yolasalma mərasimi oldu. Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev komitənin son illərdə gördüyü işlər, Sidney Oyunlarına hazırlıq barədə dövlət başçısına hesabat verdi. Sonra respublika Olimpiya komandasının cüdo üzrə baş maşqçisi Ağayar Axundzadə, komandanın kapitanı Namiq Abdullayev çıxış edərək ölkənin idman şərəfini ləyaqətlə qoruyacaqlarına, Sidneydən medallarla qayidacaqlarına söz verdilər.
Azərbaycan prezidenti Heydər Əliyev idmançılara tövsiyalərini, xeyir-duasını verdi. Onlara uğurlu yol arzuladı. Ölkə başçısı öncə Olimpiya Oyunlarının necə əhəmiyyətli, nəcə möhtəşəm bir hadisə olduğunu vurğulayaraq dedi: "27-ci Yay Olimpiya Oyunları 20-ci əsrin son oyunlarıdir. Olimpiya Oyunları hər dəfə bəşəriyyətdə əlamətdar hadisə kimi qiymətləndirilmişdir. Ancaq 20-ci əsrə yekün vuran və bu əsrdə Beynəlxalq Olimpiya Hərəkatının nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirən 27-ci Sidney Yay Olimpiya Oyunları olacaqdır."
Prezident keçirdiyi qürur və fərəh hissini idmançılara da aşıladı. İdmançıların gözləri qar-şısına Azərbaycan bayrağının qaldırılması mərasimi canlandı, qulaqlarında Azərbaycan himni səsləndi: "Biz bu gün böyük iftixar hissi keçiririk ki, Azərbaycan bir müstəqil dövlət kimi, dünya birliyinin bərabərhüquqlu bir üzvə kimi bu Olimpiya Oyunlarında iştirak edəcək və ölkəmizin müstəqilliyini, azadlığını, suverenliyini bir daha nümayiş etdirəcək, Azərbaycanın milli bayrağını qaldıracaq, milli himnini səsləndirəcək." İdmançılar hələ yol üstündə idilər. Prezident bu yolun nəhayətindən xəbər verirdi. Qələbə əlinizdədir, qələbə qolunuzdadır, qələbə Vətənə olan sevginizdə, Vətənə olan borcunuzu yerinə yetirməyınizdədir. Bu qələbəyə inam akkordları idi. Bu inam Zemfiranın da, Namiqin də, Vüqarın da, neçə-neçə başqa idmançımızın da ürəyində özünə yer elədi. Bu inamdan Sidneydə Zemfiranın gözlərinə işıq gətirəcəkdi, onun hədəfi sərrast vurmasına yardım etdəcəkdi. Bu inam Sidneydə Namiqin dizlərinə təpər gətirib onu büdrəməyə goymayacaqdı. Bu inam Sidneydə Vüqarın qollarına güc verəcəkdi. Bunlar hələ Sidneydə olacaqdı, Onda isə idmançılar Zuğulbada ölkə başçısını dinləyirdilər:
"Əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycanın idmançıları 27-ci Yay Olimpiya Oyunlarında böyük uğur qazanacaq və Azərbaycanın şanını-şöhrətini daha da yüksəldəcəklər.
Mən sizə deyirəm ki, yolunuz uğurlu olsun! Mən sizə deyirəm ki, sağ-salamat gedib Azərbaycana qayıdasınız! Mən sizə deyirəm ki, Azərbaycan xalqı sizi səbirsizliklə gözləyəcək və hərarətlə, təntənə ilə qarşılayacaqdır. Sizdən asılı olan odur ki, buraya alnıaçıq, üzüağ qayıdasınız. Mən buna inanıram və bu inamla da, sizə olan etibarımla da sizə can sağlığı arzu edir, beynəlxalq əhəmiyyəti olan bu böyük işde böyük, böyük, böyük uğurlar arzulayıram".
Olimpiyaçılar doğma Vətəni ləyaqətlə təmsil edəcəklərinə and içib Sidneyə yola düşdülər.
Bütün dünyanın səbirsizliklə gözlədiyi XX əsrin son olimpiadası - XXVII Yay Olimpiya Oyunları sentyabrın15-də Avstraliyanın Sidney şəhərində rəsmi olaraq açıq elan edildi. Oktyabrın 1-də bağlanan bu Olimpiya Oyunlarında dünyanın 199 ölkəsindən 11000-dən çox idmançı iştirak etdi. 29 idman növü üzrə yarışlarda 300 dəst medal oynanıldı. Sidney Oyunlan bir çox göstəricilərinə görə əvvəlki olimpiadalardan həm fərqləndi, həm də irəli getdi. Bəşəriyyət bu günədək olan olimpiadalardan ən yaxşısını Sidneydə gördü. Bu oyunlar Xuan Antonio Samarançın Beynəlxalq Olimpiya Komitəsinin prezidenti kimi rəhbərlik etdiyi sonuncu olimpiada idi. Markiz Samaranc bağlanış. mərasimindəki çıxışında bunu qeyd edərək dedi: "Men yeddi il bundan əvvəl söylediklərimi bu gün də təkrar etmək istəyirəm. Sidney qalib şəhərdir." Sidneyin qələbəsi daha çox idmançını, rəsmi şəxsi, jurnalisti, olimpiyasevəri qəbul edib yola sala bilməsi, oyunların yüksək səviyyədə keçirməyə nail olmasındadır. Sidneydə idmançılar böyük cəsarət və müba-rizlik göstərdilər. Onlar qələbə uğrunda ədalətli mübarizə apardılar, yarışda rəqib olsalar da, dost kimi görüşdülər, dost kimi də ayrıldılar.
2000-ci il Sidney oyunları "Olimpiya barışığı"nın əbədi hökm sürməsinin mümkunlüyünü, məhz Olimpiya Oyunlarının insanlar arasında ən yaxşı anlaşmanı yarada bilməsini, daha yaxşıi dünya qurmağa yardımçı ola bilıcıyini əyanı şəkildə təsdiq etdi. Açılış mərasimində iki Koreyadan olan nümayəndə heyətinin birgə keçdiyi tarixi parad da bu faktı sübuta yetirir.
XXVII Yay Olimpiya Oyunlarında Azərbaycan müstəqil dövlət kimi ikinci dəfə olimpiadada iştirak etdi. Ölkə 31 idmançı ilə idmanın doqquz növündə təmsil olundu. Azərbaycan idmançıları müxtəlif idman növlərində güclü olduqlarını Sidney Oyunlarında əyanı şəkildə sübut etdilər. Cüdo, boks, güləş, atıcılıq yarışlarında atletlərimiz uğurlu nəticəiəri ilə fərqləndilər. Azərbaycan komandasına ilk medalı qadınlar arasında stend atıcılığı yarışlarında iştirak edən Zemfira Meftəhəddinova gətirdi. Onun çıxış etdiyi idman növü ilk dəfə olaraq Olimpiya Oyunlarının proqramına daxil edilmişdi. Zemfira bu növdə iki olimpiya rekordu müəyyən etdi. O, ən yaxın rəqibini üc xal geridə buraxaraq olimpiya çempionu oldu.
Ölkəmizə ikinci qızıl medalı Atlanta Oyunlarının gümüş mükafatçısı, güləşçi Namiq Abdullayev gətirdi. Qrup yarışlarını uğurla başa vuran Namiq yarımfinal və final gorüşlərini də yüksək səviyyədə keçirdi. Finalda ABŞ idmançısı Samuel Henson üzərində inamlı qələbə qazanan Namiq Abdullayev olimpiya çempionu adını aldı.
Azərbaycan boksunun səlnaməsinə də ilk olimpiya medalı yazıldı. Bu medalı ölkəmizə 19 yaşlı gənc boksçu Vüqar Ələkbərov gətirdi. Yarımfinalda planetin ən güclü boksçusuna inadla müqavimət göstərməyinə baxmayaraq uduzan atletimiz Sidney Oyunlarının bürünc mükafatçısı oldu.
İki qızıl və bir bürünc medalı olan Azərbaycan medal almış 80 ölkə arasında 34-cü yeri, Avropa ölkələri arasında isə 23-cü yeri tutdu. Bu, əsl qələbədir. Azərbaycan idmanı Sidney sınagından zəfərlə çıxdı. Bu zəfəri ölkəmizin adına Zemfira Meftəhəddinova, Namiq Abdullayev, Vüqar Ələkbərov yazdı. Lakin Sidney təkcə medallarda xatirələrdə qalmadı. Azərbaycan nümayəndə heyəti üçün burada gərgin bir dövr yaşandı. Sentyabrın 6-da Sidneydə Olimpiya kəndində Azərbaycan bayrağı qaldırıldı.
Olimpiya Oyunlarının rəsmi açılış mərasimi sentyabrın 15-də oldu. Ertəsi gün əsas yarışlar başlandı. Azərbaycan idmançıları cüdo, üzgüçülük, atıcılıq, boks, yüngül atletika, ağırlıqqaldırma, suyatullanma və güləş yarışlarının iştirakçısı oldular. Azərbaycan komandası cüdoda dörd idmançı - qadınlar arasında Zülfiyyə Hüseynova (57 kq çəki dərəcəsi), kişilər arasında Elçin İsmayılov (60 kq), Mehman Əzizov (81 kq), Rəsul Səlimov (90 kq) ilə təmsil olunurdu.
Sentyabrın 16-da 60 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz Elçin İsmayılov tatami üzərinə çıxdı. Qeyd edək ki, Avropa çempionu, 18 yaşlı Elçin cüdoçular arasında ən gənc idmançı idi. O, ilk görüşün Yeni Zelandiyanı təmsil edən idmançı ilə keçirtdi. Görüşün ilk saniyələrindən hücuma keçən Elçinin rəqibindən güclü olması açıq-aşkar hiss olunurdu. Az keçməmiş idmançımız ağrıdıcı fəndlə qalib gəldi. Onun keçirdiyi ikinci görüş də uzun çəkmədi. Elçin İsveçre idmançısı üzərində ipponla qələbə qazandı. O, növbəti görüşü Belorusiyanı təmsil edən azərbaycanlı idmançı Natiq Bağırova qarşı keçirməli oldu. Elçin təcrübeli Natiqi də ipponla uddu. Dördüncü görüşünü özbək cüdoçusuna qarşı keçirən Elçin dərhal üstünlüyü ələ aldı. Rəqibindən bir yuko və koka irəli olan Elçin görüşün bitməsinə 40 saniyə qalmış arxayınlaşaraq özbək idmançısına fənd işlətməyə imkan verdi və məğlub oldu.
Təsəlliverici qrupda Əlcazair cüdoçusuna ipponla qalib gələn Elçin qazax idmançısı ilə qarşılaşmada uduzaraq 7-ci yerlə kifayətləndi.
Sentyabrın 18-də cüdoçumuz Zülfiyyə Hüseynova ilk göruşde Avstraliya idmançısı Pekli Mariya ilə qarşılaşdı. Hakimlər göruşün əvvəlində Zülfiyyəyə iki dəfə xəbərdərlıq etdilər. Bu xəbərdarlıq öz təsirini göstərdi və nəticədə o, özündən güclü olmayan rəqibinə uduzdu. Bundan sonra Kamerun və İsveç cüdoçularına qalib gələn Zülfiyyə bürünc medal uğrunda mübarizəyə qoşulmaq üçün yapon cüdoçusu ilə qarşılaşdı. Lakin ilk dəqiqədə Zülfiyyənin çiynindən aldıbı zədə ona yarışa davam etməyə imkan vermədi. Nəticədə idmançımız 7-ci yeri tutdu.
Mehman Əzizov heç kəsin gözlçmçdiyi halda 15 saniyəyə argentinalı Qarsiyaya təslim oldu. Onun rəqibi növbçti görüşünü uduzduğuna görə idmançımız təsəlliverici qrupda yarışa qatılmaq imkanını itirdi.
90 kq çəki dərəcəsində çıxış edən Rəsul Səlimov respublikamızın gənc və perspektivli idmançılarındandır. 1998-də Moskvada Yeniyetmələrin Ümumdünya Oyunlarının qalibi olan Rəsul az sonra yaşlılar arasında Avropa çempionatında bürünc medal qazanmış və Azərbaycanın cüdo komandasında öz layiqli yerini tutmuşdu. Onun Olimpiadada yaxşı nəticə göstərəcəyinə çoxları şübhə etmirdi. Sidneyde ilk göruşü iponla udan Rəsul gözlənilmədən Kanada idmançısına uduzdu və təsəllıverici qrupa düşdü. Bu qrupda dalbadal qazandığı qələbələr bürünc medalın idmançımıza nəsib olacağından xəbər verirdi. Təəssüf ki, Rəsulun ABŞ cüdoçusu ilə görüşündə hakim obyektiv mövqə tutmadı. idmançımızın rəqibinə qarşı işlətdiyi dörd fənddən az qala üçü iponla qiymetləndirilə bilərdi. Lakin hakim bunların heç birinə xal vermədi. Bu zaman zaldakı ABŞ azarkeşləri də hakimin hərəkətlərini fitlə qarşılayırdı. Görüş bərabər hesabla başa çatdı. Hər uç hakim qələbəni Rəsula verdi. Bu görüşdki psixi ve fiziki yorğunluğun nəticəsi isə Rəsulun 15 dəqiqə sonra bürünc medal uğrunda fransız atleti ilə qarşılaşmasında uzə çxıdı. Sonralar Rəsul müsahibələrindən birində bu barədə deyib: "Olimpiadaya hazırlığı fiziki cəhətdən pis keçirməmişdim. Amma yarış göstərdi ki, psixoloji baxımdan bir qədər geriyik. Şəxsən özümdə güclü həyəcan hiss edirdim. Bunun təcrübə azlığıyla izahlayardım." Azərbaycanı təmsil eden dörd cüdoçudan biri beşinci, ikisi 7-ci yeri tuta bildi. Əslində isə iki idmançımız Vətənə medalla qayıda bilərdi. Bu fakt nə qədər təəssüf doğursa da, reallıqla barışmaq lazım gəlir.
Yunan-Roma və sərbəst üsülla güləş yarrışlanında Azərbaycan müvafiq olaraq 3 və 6 idmançı ilə təmsil olunurdu. Yunan-Roma güləşçilərimizin hər üçü beynəlxalq miqyasda tanınmış atletler idi. Onların medallar uğrunda mübarizə aparacağı böyük ümid doğururdu.
Püşkün nəticələri göstərdi ki, 54kq çəki dərəcəsində çıxış edən tanınmış. idmançımız ən çətin qrupda mübarizə aparmalı olacaqdır. O, iki dünya çempionu - türk Yıldız Ərcan və kubalı Rivas Lazaro ilə bir qrupda gücünü sınamalı idi. İlk görüşdə qrupun dördüncü üzvü Yeni Zellandiyalı güləşçi ilə qarşılaşan Natiq ona asanlıqla (10:0) qalib gəldi. İkinci görüşdə ilk xalı alan idmançımız tədricən üstünlüyü əldən verdi və uduzdu. Qeyd edək ki, kubalı güləşçi qrupun digər güclü üzvü türk idmançısına birinci görüşdə qalib gəlmişdi. Onun Yeni Zellandiya idmançısına uduzacağına ehtimal az idi. Bu baxımdan Ərcanla qarşılaşmada Natiq yalnız yeddinci yer uğrunda mübarizə apara bilərdi. Elə də oldu. Yaxşı güləşən idmançımız inamlı qələbə qazandı və 7-ci yerlə kifayətlənməli oldu. Bu çəki dərəcəsində olimpiya çempionu adını koreyalı Sim Kvon Hu qazandı. Natiqin qrupunda birinci yeri tutmuş Rivas gümüş medala sahib oldu. 76 kq çəkidə mübarizə aparan Xviça Biçinaşvili qrup yarışlarında Koreya və Türkiyədən olan rəqiblərinə uduzaraq yarrışları dayandırdı.
İslam Duqiçiyev qrup yarışlarını uğurla başa vurdu. Lakin ilk görüqdən zədələnmiş idmançımız 1/4 finalda Estoniya nümayəndəsi Valeri Nikitinə əlavə vaxtda məğlub olaraq 6-ci yeri tutdu.
Beləliklə, yunan-Roma güləşindən respublikamızı təmsil etmiş üç idmançı 6, 7 və 16 yerləri tutdular.
XXVII Yay Olimpiya Oyunlarının son həftəsi Azərbaycan idmançıları üçün uğurlu oldu. Sərbəst güləş yarışlarında 54 kq çəki dərəcəsində çıxış edən Namiq Abdullayev öz qrupunda Koreyadan ülan Jin Ju Donqu, Yeni Zelandiyalı Martin Liddli məğlub edərək, birbaşa 1/2 finala vəsiqə qazandı. Yarımfinalda yunanıstanlı rəqibi Əmiran Karantanovu 5:3, finalda isə Amerika güləşçisi Semuel Hensonu 4:3 hesabı ilə udaraq Olimpiya çempionu adına layıq görüldü. Namiqin qardaşı Arif Abdullayev isə mübarizə apardıbı 58 kq çəki dərəcəsində uğursuz çıxış etdi. Qrupunun ilk döyüşündə alman Otmar Kuneri məğlub edən Arif ukraynalı Yevgeni Busloviç üzərində də qələbə qazanmışdı. Lakin son 40 saniyədə təşəbbüsü əldən verən Arif rəqibinə fənd keçirməyə imkan yaratdı. Məhz bu fənd hakimlərin mübahisəsinə səbəb oldu. Onlar qələbəni Arifa verdilər. Lakin Ukrayna məşqçilərinin etirazına baxılandan sonra qərar dəyişdirildi. Arif Yevgeni Busloviçla təkrar qarşılaşdı. Bu dəfə də görüsün bitməsinə 40 saniyə qalanadək idmançımız 5 xal irəlidə idi. Lakin son saniyələrdə o, zəif çıxış etdi və məğlubiyyətə uğradı. O, yarışları 10-cu yerdə başa vurdu.
63 kq çəki dərəcəsində qrup yarışlarında Şamil Əfəndiyev Slovak Stefan Fernyaka, avstriyalı Musa İlhana qalib gəldi və son 3-cü döyüşündə cənubi koreyalı Yanq Yi Sunqa uduzdu. Güləşçimiz 7-ci yerdə mübarizəni dayandırdı. 76 kq çəkidə Elşad Allahverdiyev qrup yarışlarında ilk döyüşdə özbək Ruslan Hinqçaqova əlavə vaxda məğlub oldu. Sonrakı görüşdə o, cənubi afrikalı Jannu du Toyta 8:5 hesabı ilə qalib gəlsə də, 11 -ci yerdə yarışları başa vurdu.
97kq səki dərəcəsində Davud Məhəmmədov qrupda ilk görüşündə qazax İslam Bayra-mukova məğlub oldu. Növbəti görüşdə o, kubalı Vilfreda Moralesi məğlub etsə də, qrupda birinci yeri tuta bilmədiyinə görə yarışları dayandırdı.
130 kq çəki dərəcəsində Rəcəb Əshəbəliyev qrupda ukraynalı Merabi Veliyevi udsa da, növbəti görüşdə amerikalı Kerri Mk Koya məğlub olaraq 9-cu yerlə kifayətlənməli oldu.
İndiyədək Olimpiya Oyunlanında Azərbaycan boksçuları heç vaxt medal qazanmamışdı-lar. Əslinə qalsa bizim boksçuların olimpiadada iştirakı Atlantadan başlanıb. İlk dəfə Ədalət Məmmədov respublika boksunun şərəfini qoruyub. Onun Atlantadakı çıxışı böyük əkssəda doğurmuşdu.
Son illər respublikada boks doğrudan da sürətlə inkişaf edir. Məhz onun nəticəsidir ki, idmançılarımız Avropa, dünya çempionatlarında, beynəlxalq turnirlərdə uğurlar qazanırlar. Sidneyə lisenziya qazananların arasında Azərbaycan komandasını beş boksçunun - Əli İsmayılov, Vüqar Ələkbərov, Ruslan Xairov, Məhəmməd Ariphacıyev, Mahac Nuriddinovun təmsil etməsi də bu faktı sübut edir.
Sentyabrın 18-də 75 kq çəki dərəcəsində çıxış edən Vüqar Ələkbərov Keniya idmançısına qarşı görüşün hər dörd raundunda inamla qalib gəldi. Vüqar Avstraliya idmançısına qarşı keçirdiyi döyüş də rəqibinə göz açmağa imkan vermədi. Üçüncü görüşdə o, təcrübəli türk boksçusu üzərində də inamlı qələbə qazındı. Yarımfinalda onun rəqibi Kuba boksçusu oldu. Boksçumuz axıradək varqüvvəsi ilə mübarizə aparsa da, güclu rəqibinə qalib gələ bilmədi. Beləliklə Vüqar Ələkbərov ilk dəfə olaraq ölkəmizə Olimpiya boksunun bürünc medalını gətirdi.
60 kq çəki dərəcəsində çıxış edən Mahac Nuriddinov ayın 17-də rinqə çıxdı. Lakin Mahac təcrübəli rus idmançısı Aleksandr Meletinin hücumlarının qarşısının ala bilmədi və uduzdu.
Ağır çəkili boksçumuz Məhəmməd Ariphacıyev da Sidneydə keçirdiyi ilk görüşü uduzaraq yarışları başa vurdu.
81 kq çəki dərəcəsində çıxış edən Azərbaycan boksçusu Əli İsmayılov startda Bolqarıstan nümayəndəsi üzərində qələbə qazandı. İkinci dövrədə o, Özbəkistan nümayəndəsi Sergey Mixaylovla döyüşməli oldu. Döyüşün ilk üç raundu Özbəkistan boksçusunun üstünlüyü ilə keçdi. Yalnız dördüncü raundda Əli vəziyyəti bərabərləşdirdi və hətta irəli çıxa bildi. Lakin o, fürsəti təzədən əldən verərək uduzdu və mübarizəni dayandırdı.
67kq çəkida çıxış Ruslan Xairov ilk görüşdən azad idi. O, növbəti döyüşdə qalib gəldikdən sonra dörddəbir finala çıxdı. Əgər Ruslan bu mərhələdə rinqi qələbə ilə tərk etsəydi, ən azı burunc medal qazanacaqdı. Ruslan Xairov dörddəbir finalda Atlanta-96-nın qalibi rusiyalı Oleq Saitova nə qədər ciddi müqavimət göstərsə də, hər halda, rinqi məğlubiyyətlə tərk etməli oldu. Döyüş əvvəldən axıradək gərgin mübarizə şəratində keçdi və 10:10 hesabı ilə nəticələndi. Lakin hakimlərin fikrincə bərabər səviyyədə keçən görüşdə Saitov daha fəal mübarizə aparmışdı. Nəticədə yarımfinala Rusiya boksçusu vəsiqə qazandı Azərbaycan idmançısı isə 5-ci yerlə kifayətləndi.
Atıcılıq yarışlarında Azərbaycan olimpiadada iki qadın idmançı - İrada Aşumova və Zem-fira Meftəhəddinova ilə təmsil olunurdu. İlk dəfə Olimpiya proqramına daxil edilmiş qadınlar arasında stend atıcılığı yarışlarında Zemfira Meftəhəddinova ən yüksək nəticəni göstərərək iki olimpiya rekordu müəyyənləşdirdi və Olimpiya çempionu adını qazandı.
Atıcılıqda Zemfiradan əvvəl yarışları başlamış idmançımız İrada Aşumova pnevmatik ta-pançadan 10m məsafəyə atəş açmaq üzrə yarışda üçüncü mərhələdə çox aşağı nəticə göstərdiyinə görə dördüncü mərhələyə çıxmadı və sonuncu yeri tutdu. İdmançımız tapançadan 25m məsafəyə atəş açmaq yarışlarında da iştirak etdi. Burada o, kvalifikasiya yarışlarında 569 xal topladı və finala çıxmaq imkanını itirərək ümumi siyahıda 31-ci yeri tutdu.
Sidneydə ağırlıqqaldırma yarışlarında ölkəmiz dörd idmançı ilə təmsil olunurdu.
Təranə Abbasova 53kq çəki dərəcəsində birdən 75 kq, təkənla 90 kq qaldıraraq ümumi 165 kq nəticə ilə 10-cu yeri tutdu.
Elxan Süleymanov (62 kq) birdənqaldırmada 130 kq, təkənlaqaldırmada 162,5 kq çəkinin öhdəsindən gələrək cəmi 292,5 kq-la 8-ci yeri tutdu.
Turan Mirzəyev çıxış etdiyi B qrupunda iki növün cəminə görə birinci yeri tuta bildi. O, birdən 147,5 kq, təkanla isə 180 kq nəticə göstərərək cəmi 327,5kq topladı. A qrupunda olan idmançıların yarışı başa çatdıqdan sonra Turan öz nəticəsinə görə 10-cu yeri tutdu.
85 kq çəki dərəcəsində yarışan Nizami Paşayev oyunlar ərəfəsində sol elindən zədə almışdı. Bu zədə idmançımızın qaliblçr sırasına daxil olacağını şübhə altına almışdı. Elə də oldu. Birdən 155kq, təkanla 202,5kq nəticə göstərən Nizami iki hərəkətin cəmində 357,5kq nəticə ilə 12-ci yerə çıxdı. Lakin təkanlaqaldırmada Nizami göstərdiyi 203,5kq nəticə ilə gənclər arasında dünya rekordunu təzələyə bildi.
Sidneydə digər növlərdə çıxış edən Azərbaycan idmançılarının yüksək nəticələr göstərə bilməyəcəyi əvvəlcədən məlum idi. Bu idmançıların Olimpiadada iştirakında əsas məqsəd müvafiq növlərin gələcək inkişafına təkan vermək, idmançıların öz ustalıqlarını artırmasına şərait yaratmaq idi. Üzgüçülük yarışlarında qadınlar arasında sərbəst üsulla 50m məsafəyə üzməkdə yarışa qatılmış Alisa Xalıyeva yalnız ilkin mərhələ yarışlarında çıxış edə bildi. Ümumi nəticəyə görə iştirakçılar arasında 59-cu yeri tutdu. Həmin məsafədə kişilər arasında çıxış edən Emil Quliyev 61-ci yerlə kifayətləndi. Suyatullanma yarışlarında Olimpiya Oyunlarında ikinci dəfə Azərbaycanı təmsil edən Emin Cəbrayılov da yüksək nəticə göstərə bilməyərək 31 -ci yeri tutdu. Yüngül atletlerimiz su idmanı ilə məşğul olanlardan irəli gedə bilmədilər. 100m qaçış yarışlarında respublikamızı təmsil edən Teymur Qasımov ilkin mərhələ yarışlarından irəli gedə bilmədi. Faiq Bağırov isə 800 metr məsafəyə qaçışda ümumi hesaba görə finişə əlli doqquzuncu çatmışdı. Üçtəkanla uzununa tullanan Sergey Boçkov olimpiyaqabagı dövrdə göstərdiyindən xeyli pis nəticə ilə yarışlarını başa vurdu. 20km məsafəyə idman yerişində mübarizə aparan Aida İsayeva 6-ci km-də yarışdan çıxdı.
Azərbaycan dünyanın ən gözəl güşələrindən biridir. Bura qədim tarixə malik diyardır. Qədim insanların bu ərazidə hələ 1,5 -2 milyon il bundan əvvəl məskən salmasını, Azərbaycanın qədim mədəniyyət ölkəsi, onun bir çox mütəfəkkir, alim, şair, memar və musiqiçilərin vətəni olmasını biz yaxşı bilirik. Hər bir xalqın nümayəndəsi öz ölkəsinin mədəniyyətini, incəsənətini dünya miqyasına çıxara bilməli, onu tanıtdırmağı bacarmalıdır. Bu həm də mədəniyyətların inteqrasiyası üçün vacibdir. Olimpiya idealları da ayrı-ayrı xalqların, ölkələrin mədəniyyətini yaymağı, onu dünya mədəniyyətinin tərkib hissəsinə çevirməyi, bir millətin xidmətindən çıxarıb, bütün insanlığa xidmət etməyə yönəltmək məqsədi daşıyır. Sidneydə keçirilən mədəniyyət festivalı çərçivəsində təşkil olunmuş sərgilərdən birində - "Olimpiya, incəsənət, idman-2000" sərgisində nümayiş etdirilən idmana həsr olunmuş on altı əsər arasında Azərbaycan sənətkarlarının da iki əsəri vardı. Həmin əsərlər eyni adlı beynəlxalq müsabiqədə dördüncü yeri tutaraq BOK-un diplomlarını almışdı.
Uzaq Avstraliyada Azərbaycanın tanıdılması istiqamıtindı görülmüş işlər bununla bitmir.
Sentyabrın 18-də saat 18.00-də Sidneydə 'Recent" oteldə keçirilmiş "Azərbaycan günü" belə tədbirlərdən ən böyüyü idi. Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev qonaqlara Azərbaycan, ölkədə Olimpiya Hərəkatı və idmana münasibət, komitənin fəaliyyəti, idmançılarımızın Olimpiya Oyunlarında iştirakı haqqında məlumat verdi, onun dəvətini qəbul edib "Azərbaycan günü"ndə iştirak edən bütün qonaqlara təşəkkürünü bildirdi. Azərbaycanın bütün sahələrdə, xüsusən də Olimpiya Hərəkatı və idman sahəsində başqa ölkələrlə əməkdaşlığının bundan sonra daha da genişlənəcəyinə əmin olduğunu qeyd edən MOK prezidenti qonaqları Azərbaycanla daha yaxından tanış olmağa çağırdı. Bu tanışlığa Azərbaycan rəssam və heykəltaraşlarının əsərlərindən, ölkə ilə tanışlığa qədim diyarda toxunmuş xalça nümunələrindən ibarət sərgi bələdçilik etdi. Sərgidəki işlərə heyranlıqla tamaşa edən qonaqlar həmin gecə ölkəmiz haqqında çox şey öyrəndilər, bu diyara məhəbbət və rəğbətlərini ifadə edən xoş sözlər söylədilər. Onlardan bəziləri Respublika televiziyasının əməkdaşı ilə söhbətində Azərbaycan günü haqqında öz təəssürətlərini bölüşdü.
Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roq Azərbaycan Milli Olimpiya Komitəsinin bu təşəbbüsünü, Yay Olimpiya Oyunlarının keçirildiyi vaxtda belə bir tədbiri təşkil edərək Azərbaycanı, onun mədəniyyətini, idmanını dünyaya tanıtmağı yüksək qiymətləndirdi, sərgidə nümayış etdirilən əsərləri, xalçaları gözəl sənət əsərləri adlandırdı. O, Olimpiya Hərəkatının inkişafi naminə gördüyü işlərə, Azərbaycanda idmanın inkişafına göstərdiyi diqqət və qayğıya, həmçinin belə maraqlı bir gecəyə dəvətə görə İlham Əliyevə təşəkkürünü bildirdi. Türkiyənin idman naziri Fikrat Unli isa öz təəssürətlərini belə ifadə etdi: "Sizi təbrik edirəm, aranızda olmaqdan məmnunluq duyuram. Çox gözəl sənət əsərləriniz var. Rəssamlarınızın gözəl əsərləri ilə tanış olmağıma çox sevinirəm. Olimpiya Oyunlarında sizə uğurlar arzulayıram. Biz qardaşıq, dostuq. iki ölkənin bir-birini sevən insanlarıyıq. Mən burada, sizin aranızda özümü doğma adamlar arasında olduğum kimi hiss edirem."
"Azərbaycan günü"ndə Respublika Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin müxtəlif ölkələrin Olimpiya Komitələrinin prezidentləri, idman nazirləri, Beynəlxalq idman federasiyalarının rəhbərləri ilə görüşləri də işgüzar və səmərəli şəratidə keçdi.
"Azərbaycan gününün sonunda qonaqlara Azərbaycanı təbliğ və tərənnüm edən xatirə hədiyyələri bağışlandı.
"Azərbaycan günü"ndə Beynəlxalq Olimpiya Komitəsinin rəsmi nümayəndələri, Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roq, komitənin baş katibi Mario Peskante, müxtəlif ölkələrin Milli Olimpiya Komitələrinin prezidentləri, idman nazirləri, beynəlxalq idman federasiyalarının rəhbərləri, Avstraliyanın Sidney şəhərində yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak edirdilər.
Oktyabrın 1-də Sidney Olimpiadası başa çatdı. Təntənli şəkildə keçən bağlanış mərasi-mində olimpiya bayrağı növbəti Olimpiya Oyunlarına ev sahibliyi edəcək Afinanın nümayəndəsinə verildi. Ertəsi gün idman nümayəndə heyətləri Vətənə dönməyə başladılar.
Oktyabrın 2-də Sidneydən yola düşən idman nümayəndə heyətimizi iki gündən sonra oktyabrın 4-də Bakının Binə aeroportunda səbirsizliklə gözleyirdilər. Azərbaycan uzaq Avstraliyaya yola saldığı, orada onun şan-şöhrətini yüksəklərə qaldırmış övladlarını böyük təntənə ilə qarşıladı.
Aeroportda iynə atsaydın yere düşməzdi. Qələbə ilə qayıdan olimpiyaçıları qarşılamaq üçün hava limanına minlərlə adam toplaşmışdı. Gələnlərin ardı-arası isə kəsilmək bilmirdi. Xalq öz olimpiya qəhrəmanlarını gül-çiçəklə, neğmə ilə, qəlbi riqqətə gətirən "Azərbaycan! Azərbaycan!" nidaları ilə qarşılayırdı. Hamı olimpiyaçıları yaxından görmək, Zemfiranı, Namiqi, Vüqari babrına basmaq, onların əllərini sıxmaq, heç olmasa səslərini eşitmək istəyirdi.
Hava limanından şəhərə qədər bütün yol boyu adamlar onları salamlayır, yollarına gül-çiçək səpir, alqışlara qərq edirdilər. Ən çox yadda qalan, insanı hər şeydən çox kövrəldən isə "Azərbaycan! Azərbaycan!" nidaları, Vətən adı idi!
Qələbə ilə Azərbaycana qayıtmış olimpiyaçılar ölkənin hər yerində böyük məhəbbət və ehtiramla qarşılandılar, hamı onların görüşünə can atır, radio və televiziyada, respublikanın qazet və jurnallarında olimpiyaçılara daha çox yer ayrılırdı. Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Sidneydən qayıtmış Azərbaycan nümayəndə heyətini qəbul etdi. Bu gün təsədüfən seçilmçmişdi. Həmin gün Azərbaycanın müstəqilliyinin barpa olunmasının doqquzuncu ildönümü günü idi.
Prezident Sarayında keçirilmiş təntənəli görüşdə Olimpiya mükafatçıları və onların məşqçiləri dövlət ordenləri ilə təltif olundular. Bütün olimpiyaçılar prezidentin mükafatlartrını aldılar.
Bu tədbirdən bir az sonra, daha doğrusu oktyabrın 29-da Milli Olimpiya Komitəsi Sidney Oyunlarının yekunlarına həsr olunmuş olimpiya balı keçirldi. Əlbətta, bu tədbir Sidney Oyunlarının yekunlarının ciddi müzakirəsi şəraitində yox, bir ziyafət, şadlıq və bayram məclisi kimi təşkil olunmuş, Sidney Oyunlarında iştirak etmiş Azərbaycan nümayəndə heyətinin bütün üzvləri bura dəvət edilmişdilər. Ziyafətda MOK-un olimpiyaçılara mükafatları təqdim olundu. Tədbirdə Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışının sonunda səslənən ürək sözləri keçən dördillik Sidney olimpiya dövrünə həqiqatən məntiqi yekun vurdu: "Mən Sidneydə yaşadığım bu qələbəni, xoşbəxt anları bir daha yaşamaq istəyirəm. Hesab edirəm ki, siz da bunu istəyirsiniz. Mən əminəm ki, belə də olacaq. 2004-cü ildə Afina Olimpiadasında da Azərbaycan böyük uğurlar əldə edəcəkdir."