İştirak etmiş ölkələrin sayı - 77
İdman növləri - 7
Yarışların sayı - 78
İdmançıların sayı -2523 (1608 kişi, 915 -qadın)
Solt Leyk Siti oyunlarında 78 dəst medal uğrunda mübarizə aparıldı. Bu oyunlar göstərdi ki, Qiş Olimpiya Oyunlarında iştirak edən ölkələrin sayı get-gedə artır. Azərbaycan ikinci dəfə Qiş Olimpiya Oyunlarının iştirakçısı oldu. Ölkəmiz iki idman növü, konkisürmə və dağ xizəyi, üzrə üç yarışda təmsil olundu. Azərbaycan idmançıları Sergey Rılov kişilər arasında fiqurlu konkisürmə üzrə yarışlarda iştirak etmək hüququnu 2001-ci ildə Vankuverdə keçirilmiş dünya çempionatında 13 -cü yer tutaraq qazanmışdı.
Fiqurlu konkisürmənin idman rəqsləri yarışında respublikamızı Kristina Frezer və İqor Lukanin təmsil etmişdir. Azərbaycan rəqs cütü 2002-ci ilin yanvarında Lozannada keçirilmiş Avropa çempionatında 14-ci yeri tutaraq Solt Leyk Sitiya lisenziya qazanmışdılar. Elbrus İsakov dağ xizəyinin slalom növündə ötkəmizi təmsil etdi. Elbrus ötən ilin sonunda italiyanın Pampiado şəhərində keçirilmiş slalom yarışlarında lisenziyaya sahib olmuşdu.
Azərbaycan idmançılarından fiqurlu konkisürən Sergey Rılov yarışlara ilk qatıldı. 28 ölkənin idmançılarının iştirak etdiyi bu yarışda atletimiz imkanlarından aşağı səviyyədə çıxış edərək 24-cü yeri tutdu.
Fiqurlu konkisürmənin idman rəqsləri yarışlarında iştirak edən Azərbaycan idmançıları Kristina Frezer və İqor Lukanin qısa, məcburi və sərbəst çıxışlardan sonra 32 ölkənin nümayəndələri arasında 17-ci yeri tutdular.
Elbrus İsakov slalom yarışında birinci cəhdda məsafənin yarısını keçə bildi və yanşı da-yandırmalı oldu.
Bu oyunlarda oynanılmış 78 dəst medal 25 ölkənin nümayəndələri arasında bölüşdürüldü. Qeyri rəsmi komanda birinciliyində almanlar 35 (12 qızıl, 16 gümüş, 7 bürünc) medalla birinci, norveçlilər ikinci, amerikanlar isə üçüncü oldular. Avstraliya, Xorvatiya, Estoniya və Çin idmançıları isə ilk dəfə qış olimpiya medallarını qazana bildilər.