1995-Cİ İLDƏ BƏZ ŞƏHƏRİNDƏ OLİMPİYA GÜNLƏRİ

Avropa Yeniyetmələrinin növbəti Olimpiya Günləri 1995-ci ildə Böyük Britaniyanın Bəz şəhərində keçirilmişdir. Britaniyadaki Olimpiya Günlərində 47 ölkədən 2500 nəfər iştirak etmişdir. Atletlər 9 idman növü (yüngül atletika, velosiped idmanı, gimnastika, həndbol, cüdo, üzgyüçülük, basketbol, ot üstündə xokkey, voleybol) üzrə yarışlarda 87 dəst medal uğrunda mübarizə apardılar.

Bu dəfə qeyri-rəsmi komanda birinciliyində ilk üç yeri Böyük Britaniya (41-27,10,7), Rusiya (27-12,8,7), Rumıniya (23-8,8,7) komandaları bölüşdürdülər. Bəzdə keçirilmiş Olimpiya günlərində Azərbaycan idmançıları da iştirak etmişlər. Burada 60kq çəki dərəcəsində çıxış edən cüdoçu İlham Məmmədov gümüş medal qazanmışdır.