1997-Cİ İLDƏ LİSSABON ŞƏHƏRİNDƏ AVROPA
OLİMPİYA GÜNLƏRİ

1997-ci ildə Avropa Olimpiya Günləri Portuqaliyanın Lissabon şəhərində olmuşdur. Lissabonda 47 ölkədən 2500 nəfər iştirakçı qeydə alınmışdır. İdmançılar 10 idman növü (yüngül atletika, velosiped idmanı, gimnastika, həndbol, cüdo, avarçəkmə, üzgüçülük, basketbol, futbol, voleybol) üzrə yarışlarda 85 dəst medal uğrunda mübarizə aparmışlar.

Portuqaliyadakı Olimpiya Günlərində Azərbaycanın yalnız yeniyetmə futbolçulardan ibarət komandası çıxış etmişdir. Təəssüf ki, gənc futbolçularımız yüksək nəticə göstərə bilməmişlər.

Avropa Yeniyetmələrinin üç qış Olimpiya Günləri 1993-cü ildə İtaliyanın Aosta şəhərində, 1995-də Andorrada, 1997-də İsveçin Sandsvil şəhərində olmuşdur. 1999-cu ilin Qış Olimpiya Günləri Slovakiyanın Popard-Tatra şəhərində keçirilmişdir.