Mursiyada Yeniyetmələrin Olimpiya Festivalının keçirilməsi üçüin hər cür şərait yaradıl-mışdı. Avropanın 48 ölkəsindən 2500 idmançının Mursiyaya gəlişi gözlənilirdi. Bu ölkələrdən ikisi istisna olmaqla qələn 46-nın nümayəndələri İspaniyaya gəlmişdi. Mursiyada Avropa Yeniyetmələrinin Olimpiya Festivalı çərçivəsində on növ - yüngül atletika, üzgüçülük, tennis, cüdo, futbol, voleybol, basketbol, həndbol, yelkən idmanı və gimnastika üzrə yarışlar keçirildi. Azərbaycan nümayəndə heyətinin tərkibində 20 idmançı vardı. Bu idmançılardan 7-si yüngül atletika, 8-i cüdo, 3-ü üzgüçülük, 2-si tennis üzrə yarışlarda gücünü sınadı. Bununla yanaşı, Mursiyada Azərbaycandan olan beynəlxalq dərəcəli hakim Zair Məmmədov cüdo yarışlarının idarə olunmasında iştirak etdi. İyulun 22-də axşam Avropa Yeniyetmələrinin 6-cı Olimpiya Festivalının təntənəli açılış mərasimi oldu. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqa öz çıxışında Olimpiya Herakatının hazırda planetimizin həyatında mühüm rol oynadığını, bu hərəkatın insanları bir-birinə yaxınlaşdırdığını, onlar arasında dostluq və qardaşlığı mühkəmləndirdiyini qeyd etdi, Yeniyetmələrin Olimpiya Festivalının qitə miqyaslı böyük tədbir olduğunu söylədi. Avropa Yeniyetmələrinin Olimpiya Festivalı çərçivəsində keçirilən yarışlarda iştirak edən yeniyetmələrin bir çoxunun 2008-ci il Afina Oyunlarında 91x15 etmək imkanı qazana biləcək idmançılar olduğunu diqqət mərkəzinə çəkdi.
Beləliklə, Mursiyada Avropa Yeniyetmələrinin 6-cı Olimpiya Festivalı açıq elan olundu. Açılış mərasimi bayram atəşfəşanlığı ilə başa çatdı.
Ertəsi gün Avropa Yeniyetmələrinin 6-cı Olimpiya Festivalı çərçivəsində keçirilən idman yarışlarının startı verildi. Azərbaycan idmançılarından ilk olaraq üzgüçülər yarışlara qatıldılar. Lakin cüdodan başqa yerdə qələn tennis, üzgüçülük, yüngül atletika növlərində idmançılarımız şəxsi nəticələrini yaxşılaşdırsalar da, medallar uğrunda mübarizəyə qoşula bilmədilər.
Yarışlarda iştirak edən 46 ölkədən 34-nün nümayəndələri fərqlənərək medallar qazandılar. Azərbaycan idmançıları iki il əvvəl Danimarkanın Esbyorq şəhərində keçirilmiş olimpiya günlərindən qazandıqları 4 bürünc medaldalı fərqli olaraq bu dəfə iki gümüş və iki bürünc medal əldə etdilər. Onu da qeyd edək ki, indiyədək Azərbaycanın yeniyetmə idmançıları Olimpiya günlərində 13 (1 qızıl, 4 gümüş, 7 bürünc) medal qazanmışlar və bu medalların 12-si cüdoçularımızın, biri yüngül atletlərimizin payına düşür.
Olimpiya festivalındakı cüdo yarışlarında komandamızı səkkiz idmançı, qızlar arasında Arzu Məhərrəmova (44 kq) və Liliya Valuyulina (57 kq), oğlanlar arasında Xəyal Qəhrəmanov (50 kq), Rza Əliyev (55 kq), Rəşad Quliyev (60 kq), Paşa Paşayev (73 kq), Samir Sərkarov (81 kq), Kənan Abdullayev (66 kq) təmsil edirdi.
Yarışlara ilk qatılan Arzu Məhərrəmova birinci görüşdə rus idmançısı Yelena Qalkina ilə qarşılaşdı. Cüdoçumuz məğlub oldu və təsəlliverici qrupda yarışı davam etdirməli oldu. Burada İspan və Fransız idmanıları üzərində inamlı qələbə qazanan Arzu bürünc medal uğrunda görüşdə Böyük Britaniya idmançısına uduzdu və öz çəki dərəcəsində beşinci yeri tutdu.
Qızlar arasında 57 kq çəkidə edən Liliya Valiulinanin nəticəsi Arzudan yaxşı olmadı. O iştirak etdiyi ilk beynəixalq yarışda 7-ci yeri tutdu.
50 kq çəkidə çıxış edən Xəyal Qəhrəmanov ilk görüşdə Monako idmançısını iponla udsa da, ikinci görüşdə rus cüdoçusuna uduzdu. Beləiliklə, o, yalnız üçüncü yer uğrunda mübarizəni davam etdirməli oldu. Təsəlliverici qrupda Belarus, Latviya və Almaniya cüdoçuları üzərində qələba qazanan Xəyal Qəhrəmanov komandamıza bürünc medal qazandıra bildi.
55 kq çəkidə Rza Əliyev, İspan, Alman idmançılarına qalib gəldikdən sonra finala çıxmaq uğrunda yarışda Ermənistan temsilçısi ilə qarşılaşdı. Elə ilk dəqiqədən hücuma keçən Rza çox keçməmiş erməni cüdoçusu üzərində xalis qələbə qazandı. Rza Əliyev finalda İsrail idmançısının öhdəsindən gələ bilmədi və gümüş medalla kifayətləndi.
60 kq çəkidə çıxış edən Rəşad Quliyev birinci görüşdə Danimarka, ikincidə Yunanıstan, üçüncüdə Finlandiya cüdoçusuna qalib gəldi. Finala çıxmaq uğrunda mübarizəni Rəşad da Ermanistan atletinə qarşı aparmalı oldu. Görüşün elə ilk dəqiqələrində idmançımız rəqibi üzərində xalis qələbə qazandı. Finalda Gürcüstan idrnançısı ilə öz imkanlarından aşağı səviyyədə mübarizə aparan Rəşad qızıl medalı əldən verdi.
66 kq çəkidə çıxış edən Kənan Abdullayev iki görüşdə məğlub olaraq yarışı dayandırdı.
73 kq çəkidə çıxış edaə Paşa Paşayev yarışa uğurla baş!adı. İlk qarşılaşmada Belçika idmançısını uddu. O, ikinci və üçüncü görüşü də inamla keçirərək qalib gəldi. Gürcüstan idmançısı Paşanın finala doğru yürüşünün qarşısını aldı. Bu məğlubiyyət idmançımıza pis təsir göstərdi. O, Litva cüdoçusu bürünc uğrundakı görüşü zəif keçirdi və yarışları 5-ci yerdə başa vurdu.
81 kq çəkidə çıxış edən Samir Sərkarov Litva, Ukrayna cüdoçularına qalib gəldikdən sonra Rusiyanı təmsil edən erməni atleti ilə qarşılaşdı. Samir rəqibi üzərində xalis qələbə qazandı. Finala çıxmaq uğrunda mübarizədə Samir fransız cüdoçusuna uduzdu. Üçüncü yer üçün qarşılaşmada Hollandiyalı rəqibini udaraq cüdoçumuz bürünc medal əldə etdi.
2002-ci ildə Moskvada yeniyetmələr oyunlarını təşkil edildi. Bu dəfə oyunların coğrafiyası bir qədər məhdudlaşdırıldı.
MDB və Baltikyanı ölkələrin, Rusiya regionları yeniyetmələrinin iyunun 14-dən 24-dək Moskva şəhərində keçirilən idman oyunlarında Azərbaycan 176 nəfərlik nümayəndə heyəti ilə təmsil olundu.
Açılış mərasimində Rusiya prezidenti Vladimir Putinin, BOK-un prezidenti Jak Roqun oyunların təşkilat komitəsinin sedri, Moskvanın meri Yuri Lujkovun və digər rəsmi şəxslərin iştirakı və çıxışları beynəlxalq idman oyunlarına geniş hazırlığın real mənzərəsini əks etdirirdi. Moskva həqiqətən də MDB və Baltikyanı ölkələrin yeniyetmələrinin beynəlxalq idman oyunlarına xüsusi diqqət ayırmış, bu oyunlar yüksək səviyyədə təşkil olunmuşdu.
Startı iyunun 15-də verilən oyunlarda 121 yeniyetmə idmançımız 13 idman növü üzrə yarışlara qatılmışdı. Moskvanın ən yaxşı idman arenalarında keçirilən bu oyunlarda yeniyetmələrimiz bir neçə idman növündə fərqləndilər. Yunan-Roma, sambo, yüngül atletika üzrə keçirilən yarışlarda əldə etdiyimiz 2 qızıl, 1 gümüş və 4 bürünc medalla, nəticə etibarilə qazanılan medalların sayına görə 15 dövlət arasında Azərbaycan 7-ci yerə çıxdı. Yunan-Roma güləşi üzrə yarışlarda ilk qızıl medalı 42 kq çəkidə çıxış edən Rövşən Bayramov qazandı. O, qrup yarışlarında yarımfinala çıxmaq üçün erməni güləşçisi Məlikyana 12-0, yarımfinalda Rusiya idmançısı A. Dolqixə 4-3, finalda isə Moskva idmançısı A. Qrakova 6-0 hesabı ilə qalib gəldi. Bu güləş növündə 58 kq çəki dərəcəsində gümüş medalın sahibi E. Abdullayev, 76 kq çəkidə isə bürünc medalın sahibi A. Arzumanov oldu. Sambo üzrə güləş növündə isə N. Şıxəliyev(45kq) qızıl, Elsən İsmayılov (51 kq) və İ. Qasımov (48 kq) isə bürünc medallar qazandılar. Yüngül atletika üzrə yarışlarda üçtəkanla uzununa tullanmada 15.32 metr nəticə ilə T. Abbasov bürünc medal qazandı. YeniyetmeIərdən ibarət yığma futbol komandamız ilk iki oyunda qələbə çalsa da, sonrakı oyunda Litva komandası ilə görüşdə 3-2 hesabı ilə məğlub olaraq 5-6-ci yerləri böluşdürdülər.
MDB və Baltikyanı ölkələrin, Rusiya regionları yeniyetmələrinin beynəlxalq idman oyun-larında Azərbaycanın yeniyetmə idmançılarının çıxışlarını uğurlu hesab etmək olar. Şübəhsiz ki, gələcəkdə böyük idmanda uğurlar əldə etməyə qadir olan yeniyetmə idmançıilar bu oyunlardan sonra da idmanla daha ardıcıl və müntəzəm məşğul olacaq, öz təcrübə və ustalıqlarını artıracaqlar.