2-4 iyun 1998-ci il tarixdə İspaniyanın Sevilya şəhərində Milli Olimpiya Komitələri Assosiasiyasının XI Baş Assambleyası keçirilmişdir. Bu toplantıda Azərbaycanı Respublika Milli Olimpiya Komtəsinin vitse-prezidenti Çingiz Hüseynzadə təmsil etmişdir.
1998-ci ilin 9-10 sentyabrında Zaqreb şəhərində Beynəlxalq Olimpiya Komitəsi Xorvatiya Respublikasının Milli Olimpiya Komitəsi ilə birlikdə "Qadın və idman" mövzusunda regional konfrans keçirmişdir. Konfransda İcraiyyə Komitəsinin üzvü Gülüş Gözəlova iştirak etmişdir.
Həmin ilin 13-14 noyabrında Rusiyanın Sankt-Peterburq şəhərində Avropa Olimpiya Komitəsinin XVII Baş Assambleyası keçirilmişdir. İclasda Azərbaycanı Milli Olimpiya Komitəsini Çingiz Hüseynzadə və Ağacan Abiyev təmsil etmişlər. Fərəhləndirici haldır ki, ilk dəfə olaraq bu toplantıda Azərbaycanı təmsil edən hər iki nümayəndə yeni yaradılmış qurumların - müvafiq olaraq "Olimpiya Oyunlarına hazırlıq" və "Texniki əməkdaşlıq" komissiyalarının tərkibinə seçilmişlər.