AVROPA TOP KOMANDA KUBOKU. FİNAL. BAKI - 2002

Azərbaycan Milli Olimpiya Komitəsi ölkədə müxtəlif idman növlərinin, o gümlədən komanda idman növü olan voleübolun inkişaf etdirilməsi istiqamətində ardıgıl işlər görür. Respublika qadın voleybolunun əvvəlki şöhrətini özünə qaytarmaq istiqamətində son bir il ərzində xeyli iş görülmüşdür. Milli Olimpiya Komitəsinin, Voleubol federasiyasının, ən başlıcası isə istedadlı məşqçi Faiq Qarayevin səyləri nəticəsində Azərbaycanda güclüvoleybol komandası yaratmaq mümkün oldu. "AzərReyl" komandası 2001-ci ildə Avropa Top-komandalarının kuboku uğrunda yarışlara qatıldı. "AzərReyl" ilk mərhələdə uğurla çıxış edərək qrupda birinci oldu və 1/4 final mərhələsinə vasiqə qazandı. Həmin vaxt Azərbaycan Voleybol Federasiası Avropa Voleybol Konfederasiyasına final oyunlarının Bakıda keçirilməsi üçün müraciət etdi və müsbət cavab aldı.

1/4 finalda "AzərReyl" Ukraynanın "Dinamo-Yenesta" komandasına hər iki görüşdə 3:0 hesabı ilə qalib gələrək final mərhələsinə çıxdı.

Martın 9-da Bakıda Avropa "Top-komanda" kubokunun final mərhələsinin yarışları başlandı.

İlk yarımfinal oyunuda Yuqoslaviyanın "Yedinstvo" komandası avstriyanın "Telekom" klubu qarşılaşdı. "Yedinstvo" ilk səddi keçərək finala vəsiqə qazandı.

Birinci yarımfinal matçından dərhal sonra Azərbaycanın "AzərReyl" və Polşanını "Bank Poçtovi" komandaları meydana çıxdılar. "AzərReyl" oyunu 3:0 hesabı ilə uddu.

Ertəsi gün üçüncü yer uğrunda mübarizədə polşalı voleybolçular qalib gələrək Avropa "Top komanda" kubokunun bürünc mükafatını aldılar.

Bu görüşdən bir gədər sonra tamaşıçıların səbirsizliklə gözlədiyi final oyunu başlandı. Azərbaycan voleybolçuları rəqiblərinə gbz açmağa imkan vermədilər. Oyun ildırım surəti ilə başa satdı. Komandamız 3:0 hesabı ilə qalib gəldi.

Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti Yan Xronik Milli Molimpiya Komitəsinin prezidenti İlham Əliyevə Azərbaycanda voleybolun inkişafı üçün göstərdiyi xidmətlərə görə kofederasiyasının xüsusi mükafatını təqdim etdi. Sonra o, Top-komanda kubokunu "AzərReyl" komandasının kapitanına Verdi. Beləliklə, Azərbaycan voleybolunun keçmiş mükafatları sırasına daha bir mükafat əlavə olundu.