Sidney Oyunları dövründə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Beynəlxalq Güləş Federasiyasının prezidenti Milan Erseqanla, Avropa Güləş Federasiyasının prezidenti ilə göruşlarində bu növdə yarışlar arasında dünya və qitə çempionatlarının Bakıda keçirilmək imkanları müzakirə etmişdir. Həmin müzakirələrdən sonra 2002-ci ildə sərbəst güləş üzrə Avropa çempionatının Bakıya keçirilməsi ilə bağlı qərar qəbul olundu. 2001-ci ildə Avropa çempionatı ərəfəsində Bakıda sərbəst güləş üzrə birinci bynəlxalq turnir keçirildi. Bu turnir Avropa çempionatı ərəfəsində təşkilat işləri üçün bir növ sınaq oldu. 2002-ci ilin əvvələrində yarışın təşkili və keçirilməsi üçün bütün hazırlıq işləri görüldü.
2002-ci il mayın 2-də İdman Konsrt Kompleksində 45-ci Avropa çempionatının yarışları başlandı. Çempionatının açılış mərasimində Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev iştirak edirdi. Mərasimdə əvvəlcə Azərbaycan Prezidentinin 45-ci Avropa sempionatının iştirakçılarına təbriki oxundu. Sonra Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev çıxış etdi. O, Avropa çempionatını iştirakçılarını və qonaqları, zala toplaşmış tamaşasıları salamladı. Azərbaycanda ən çox yayılmış idman növüoduğunu qeyd edən İlham Əliyev Bakıda bu yarışın böyük maraqla izlənəcəyini vurğuladı. Milli Olimpiya Komitəsinin təmir etdirdiyi İdman Konsrt Kompleksində yarışların yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradıldığını bildirdi və çempionatın açılışı münasibətilə hamını təbrik etdi.
Avropa sərbəst və Yunu-Roma Güləşi Federasiyasının prezidenti Tsen Tsenov çempionatın keçirilməsi üçün yaradılmış şəraitdən məmnun olduğunu qeyd etdikdən sonra gəlcəkdə Azərbaycanda Avropa və dünya çempionatlarının keçiriləcəyinə əmin olduğunu bildirdi, yarışların iştirakçılarına yaxşı çıxış edib qələbələr qazanmağı arzuladı. Azərbaycan Güləş Federasiyasının prezidenti Abbas Abbasovun çıxışındın sonra yarışlar açıq elan edildi.
55 kq çəki dərəcəsində cəmi 11 güləşçi mübarizəyə qoşulmuşdur. Ölkəmizi bu çəkidə təmsil edən Nazim Əlicanov ilk görüşdə yunanıstanlı rəqibi Amiran Kratanova 4:3 hesabıyla qalib gəldi. Onun sonraki rəqibi Çetin Ersin oldu. İdmançımız bu görüşü asanlıqla uddu. Nazimin növbəti rəqibi Gürcüstan komandasının liderlərindən biri, gənclər arasında dünya çempionu Vesarion Çoçaşvili idi. Çox gərgin keçən bu görüşdə güləşçimiz gürcü pəhləvanına 11:0 hesabıyla qalib gələrək tamaşaçıların alqışlarını qazandı və çempionluğu iddialı oduğunu bir daha təsdiqlədi. Yarımfinalda Nazim Əlicanov rusiyalı Konteyevlə qarşılaşdı. Konteyevin güclü müqaviməti ilə qarşılaşan güləşçimiz sonna gədər mübarizə aparmağı bacardı və finala vəsiqə qazandı. O, qızıl medal uğrunda mübarizədə moldovalı Gennadi Tulbini 3:1 hesabı ilə udaraq Avropa çempionu oldu.
60 kq çəki dərəcəsində güləşən Arif Abdullayevin yarışlara qoşulması çempionatın gedişində canlanma yaratdı. Arif keçirdiyi ilk görüşdə rəqibi alman Vilde üzərində 5:1 hesabı ilə inamlı qələbə qazandı. Arifin növbəti rəqibi moldovadan Esir güləşçimizə 3:2 hesabıyla qalib gəldi. 1/4 final mərhələsində italiyalı Liuzziyə 5:2 hesabı ilə qalib gələn Arif Abdullayev yarımfinala çıxdı. Bürünc medal uğrunda belarus Aleksandr Huzovla görüşdə rəqibinə 4:3 hesabı ilə qalib gələrək bürünc medala sahib oldu. Bu çəkidə qızılı Arif Kama qazandı. 66 kq çəki dərəcəsində 21 güləşçi yarışırdı. Təmsilçimiz Elman Əsgərovun ilk rəqibi yunan Aleksandridis oldu. Güləşçimiz layiqli mübarizə apararaq 7:3 hesabıyla qalib gəldi. Növbəti görüşdə Elman italiyalı Martorana Lucaya böyük üstünlüklə qalib gəldi. Yarımfinalda onun rəqibi türkiyəli Ömər Çubuqçu oldu. Elman bu görüşüdə asanlıqlı uddu. Finalda rus idmançısı Zaur Batoyevlə qarşılaşma gərgin keçdi. Elman görüşə fəal başlasa da, Zaura qalib gələ bilmədi. Zaur Batoyev qızıl medala sahib oldu. Elman Avropa çempionatı kimi mötəbər turnirdə gümüş medal əldə edə bildi.
74 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elşad Allahverdiyev yarışa inamla başladı. İtalialı Rinellanı 6:2 hesabıyla məğlub edən Elşad ikinci göruşdə rumın güləşçisi Predaya 4:1 hesabıyla qalib gəldi. Sonra rusiyalı rəqibi Maqomed İsaqadjiyevə 6:5 hesabı ilə məğlub olaraq mübarizəni dayandırdı. Bu çəkidə qızıl medalı Arpat Ritter (Macarıstan) qazandı.
84 kq çəki dərəcəsində glkəmizi Fuad Qaraev təmsil edirdi. O, ilk görüşdə İsrail idmançısı Serqee Kolesnikova xal hesabıyla qalib qəldi. İdmançımız sonraki iki görüşü uduzaraq mbarizəni dayandırdı. 84 kq çəkidə rusiyalı Sagid Sacidov çempion oldu.
96 kq çəki dərəcəsində 19 güləşçi çempion Adı uğrunda mübarizə aparırdı. Ölkəmizi bu çəki dərəcəsində gənc pəhləvan Vüsal Müslümov təmsil edirdi. İlk iki görüşdə uduzan Vüsal holland G.Torçinavaya 8:3 hesabıyla qalib gələrək yalnız dünya çempionatına vəsiqə qazana bildi. Burada qızıl medalı K.Kuramaqomedov (Rusiya) qazandı.
120 kq çəki dərəcəsində idmançımız Məhəmməd Gərayev 15 guləşçinin qatıldığı yarışlarda keçirdiyi hər iki oyunu uduzaraq mübarizəni dayandırdı. Ən ağır çəkidə qızıl medalın sahibi David Musulbes oldu.
96 və 120 kq çəkidə güləşən idmançılarımız Vüsal Müslümov Məhəmməd Gərayev qazandıqları xallara əsasən sentyabrda İranda keçiriləcək dünya çempionatında iştirak edə biləcəklər.
Bütün iştirakçılar mükafatlandırıldıqdan sonra müvafiq olarvaq komanda hesabına I, II və III yerləri tutmuş Rusiya, Gürcüstan və Türkiyə komandalarına kuboklar təqdim edildi.