HƏNDBOL ÜZRƏ BEYNƏLXALQ TURNIR BAKI, MAY 2002

Ölkəmizdə keçirilən beynəlxalq səviyyəli yarışlar artıq ənənə halını alıb. Son vaxtlar bir-birini əvəz edən belə mötəbər turnirlər Azərbaycanda idmanın sürətlə inkişaf etdiyin göstərir. Belə ki, may ayının 2-dən- 4-dək Bakıda keçirilən sərbəst güləş üzrə 45-ci Avropa çempionatının iştirakçılarını yola salmamış, beş ölkənin qadınlardan ibarət həndbol komandalarını qarşıladıq. Gürjüstan, Moldova, Yunanıstan, İsrail və Belçika idmançıları Azərbayjan həndbolçularının da qatıldığı ikinji "Challenge Trophy" ("Çağırış kuboku") turnirində iştirak etmək üçün paytaxtımıza gəldilər.

Xatıladaq ki, bu beynəlxalq yarış Avropa Həndbol Federasiyasının (AHF) yığma komandalar arasında təşkil etdiyi iki mühüm turnirdən biridir. "Challenge Trophy" yə ilk onluqda təmsil oluna bilməyən, lakin səviyyələrinə görə qitənin güclü yığmalarından heç də geri qalmayan komandalar qatılırlar. Qadınlar arasında 2000-ji ildən etibarən keçirilən bu turnirə ilk dəfə belçikalılır ev sahibliyi etmiş və yarışın qalibi olmuşlar.

Bakıda əsl bayram əhval-ruhiyyəsində keçən bu beynəlxalq yarışda isə Azərbaycan həndbolçuları turnirin qalibi oldular. Kamandamıza qızıl medallar və turnirin fəxri mükafatı verildi.

Turnirin sonunda yarışlarda fərqlənən 7 ən yaxşı oyunçu elan olundu. Sevindiricidir ki, onlardan dördü - Marina cəfərova, Səbinə Babayeva, Olqa Polyakova və Nino Sevsevadze Azərbaycan həndbolçuları idi.