YENİ OLİMPİYA KOMPLEKSİ

2001-ci il dekabrın 29-da Bakının Maştağa qəsəbəsində yeni Olimpiya İdman Mərkəzinin açılış mərasimi keçirildi. Mərasimdə Respublika Prezidenti Heydər Əliyev iştirak etdi. Yeni mərkəzin açılışına toplaşmış minlərlə adam respublikanın rəhbərini alqışlarla, gül -çiçək dəstələri ilə qarşıladılar. Azərbaycan Prezidenti Heydər Əliyev olimpiya idman mərkəzinin açılışını bildirən lenti kəsdi. Şəhərin bu rayonundan Milli Məclisin deputatı seçilmiş Əsmətxanım Məmmədova prezidenti qəsəbə sakinləri adından salamladı və onların minnətdarlığını dövlət başçısına çatdırdı. Sidney Oyunlarının qalibi, olimpiya çempionu Namiq Abdullayev Azərbaycan himninin sədaları altında idmnan mərkəzinin qarşısında dövlət bayrağını qaldırdı. Milli Olimpiya Komitəsinin prezidenti dövlət başçısına idman mərkəzi haqqında məlumat verdi. Azərbaycan prezidenti idman mərkəzinin ərazisini, oradakı zal və meydançaları gəzdi yaradılmış şəraitlə yaxından tanış oldu, açılış mərasiminə toplaşanlarla səmimi söbət etdi.

Sonra açılışın rəsmi hissəsi başlandı. Milli Olimpiya Komitəsinin prezidenti çıxış edərək komitənin fəaliyyəti, ölkədə idmanın və Olimpiya Hərəkatının inkişafı haqqında MOK-un tikinti quruculuq işlərindən danışdı. O dedi;"2001-ci il Azərbaycanın idmanı üçün çox uğurlu il olubdur. Bundan əvvəlki illər də bizim üçün uğurlu olub, amma 2001-ci il bizi xüsusilə sevindirir. Çünki, adatən, olimpiya oyunlarından sonrakı ildə idmançılar o qədər də böyük nəticələr göstərmirlər, daha çox istirahətə üstünlük verirlər. Bu il ərzində müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında idmançılarımız 173 medal qazanıblar, onların 54-ü qızıl medaldır." Azərbaycanda idmanın hərtərəfli inkişaf etməsini, ölkədə beynəlxalq səviyyəli yarışların keçirilməsini diqqət mərkəzinə cəkən İlham Əliyev bu irəliləyişlərin səbəblərindən söz açaraq dedi:" Azərbaycanda idmana olan qayğı dövlət səviyyəsindədir. Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev idmançılarımıza daim diqqət və qayğı göstərir. Məhz bu qayğı və diqqətin nəticəsində bütün bu uğurları əldə etmək mümkün olmuşdur."

Milli Olimpiya Komitəsinin tikinti-quruculuq fəaliyyətindən məlumat verdikdən sonra İlham Əliyev çıxışını belə tamamladı: "Cənab Prezident, mən söz verirəm ki, Milli Olimpiya Komitəsi öz işini bu istiqamətdə davam etdirəcək və Azərbaycanın hər bir bölgəsində buna oxşar idman kompleksləri, qurğuları tikiləcəkdir." Açılış mərasimində çıxış edən idmançılar, qəsəbə sakinləri və başqaları idman mərkəzinin tikilib istifadəyə verilməsini öikənin idman həyatında son illərdə dalbadal baş verən uğurlu hadisələrdən biri kimi dəyərləndirdilər. Mərasimin sonunda Azərbaycan Prezidenti Heydər Əliyev geniş nitq söylədi. Yeni müasir idman kompleksinin tikilib istifadəyə verilməsi münasibəti ilə mərasim iştirakçılarını təbrik edən prezident respublikada gedən tikinti quruculuq işlərindən danışdı. O, yeni kompleksin tikilmə tarixinə toxunaraq dedi: "Bu ilin mart ayında mən Maştağadan olan deputat Əsmətxanımla qəsəbədəki vəziyyət haqqında söhbət aparırdım və istəyirdim bilim, görüm, nə etmək lazımdır. Təbiidir ki, hər yerin problemləri daha çoxdur, o sümlədən Maştağanın da problemləri çoxdur. Bunların hamısını bir gündə həll etmək mümkün deyildir. Bizim söhbətimiz əsasında aydın oldu ki, həm Maştağada, həm də ətraf kəndlərində, Sabunçu rayonunda gənclər çoxdur və onların idmanla, bədən tərbiyəsi ilə məşğul olmaq ehtiyacları var. Həqiqətən, bu, çox əhəmiyyətli fikir olduğuna görə, mən buna diqqət verdim. Sonra Milli Olimpiya Komitsinin Prezidenti İlham Əliyev ilə komitənin işləri haqqında söhbət edərkən ona söylədim ki, belə bir təklif var - Maştağada gəclərin idmanla məşğul olması üçün hansısa tədbir görmək lazımdır.

Fikirləşin, görün nə edə bilərsiniz. O, dərhal bu sözlərə öz rəyini bildirdi ki , onlar, yəni Milli Olimpiya Komitəsi,Olimpiya Komitəsinin sədri kimi şəxsən o, qərar qəbul etdilər ki, Maştağada böyük bir idman kompleksi tikilsin. Mən buna sevindim və təbiidir ki, təşəkkür etdim. Ona dedim ki, arzu edirəm, bunu tezliklə edəsiniz. Yaxşı olar ki, bu ildə olsun. Amma doğrusu, mən inanmırdım ki, bu qısa müddətdə belə böyük bir kompleksi tikmək mümkün ola bilər. Çünki burada böyük salon var, onun arxasında idmançılar üçün həm müxtəlif xidmət otaqları və idmanın başqa növləri ilə məşğul olmaq oçün yerlər var. Bu gün biz gəzdik, baxdıq, gördük, həm tennis üçün, həm mini futbol üçün, həm bosketbol üçün, həm də başqa oyunlar üçün ən müasir səviyyədə nə qədər gözəl meydançalar tikilibdir və ətrafında böyük bir park yaranıbdır. Demək, bu kompleks təkcə bu binadan ibarət deyil, böyük bir ərazini əhatə edir. Mən bu gün bunu gəlib görəndə heyran oldum ki, qısa bir zamanda Maştağada belə bir gözəl kompleks yaranıbdır.Mən hesab edirəm ki, Milli Olimpiya Komitəsi və onun prezidenti İlham Əliyev bu addımı ilə maştağalılara, ümumiyyətlə, sabunçululara böyük yeni il hədiyyəsi veribdir. Güman edirəm, bu hədiyyədən onlar səmərəli istifadə edəcəklər." Azərbaycanda Olimpiya Hərəkatının geniş vüsət almasını vurğulayan dövlət başçısı sözünə davam edərək dedi: "Son illərdə, Milli Olimpiya Komitəsinin fəaliyyətindən yeni bir mərhələ başlanandan sonra Azərbaycanda bədən tərbiyəsi, idman sürətlə inkişaf etməyə başlayıbdır. Biz bunun şahidiyik və xüsusən Azərbaycan idmançılarının 2000-ci ildə Sidney Olimpiya oyunlarındakı böyük qələbəsindən sonra Azərbaycanda gənclər, idmançılar içərisində, ümumiyyətlə, cəmiyyətimizdə böyük bir ruh yüksəkliyi yarandı, idman, bədən tərbiyəsi təkcə gənclərimiz yox, bütün cəmiyyətin diqqət mərkəzinə çevrildi. Gənclər idmanla, bədən tərbiyəsi ilə getdikcə daha çox məşğul oldular və beləliklə də, yeni-yeni nailiyyətlər əldə etdilər.

Burada İlham Əliyev artıq dedi ki, qısa müddətdə beynəlxalq yarışlarda nə qədər medallar əldə olunubdur. Bu, təbiidir ki, hər bir medal qazanan gəncin Azərbaycan qarşısında, öz milləti qarşısında xidmətidir. Eyni zamanda, bizim xalqımızın , müstəqi Azərbaycanın dünya miqyasında öz ölkəsini nümayiş etdirmək üçün çox gözəl bir vasitədir. Beləliklə, idman, bədən tərbiyəsi müstəqil Azərbaycanın həyatında dövlət qayğısı ilə əhatə olunaraq, eyni zamanda, həm gənclər üçün, həm də bütün cəmiyyətimiz üçün zəruri bir sahəyə çevrilibdir. Güman edirəm ki, bu dönüş, yəni bu hadisə gələcək üçün çox gözəl əsasdır və bizim milletimizin, xalqımızın fiziki sağlamlığı üçün, təkcə fiziki sağlamdığı deyil, zehni sağlamlığı üçün, sağlam gənc nəsil yetirməsi üçün çox vacibdir və biz hamımız bu sahəni bundan sonra daha da inkişaf etdirməliyik. Əmin ola bilərsiniz ki, Azərbaycan dövtəti, bütün hakimiyyət orqanları idmana, bədən tərbiyəsinə bundan sonra də yüksək qayğı göstərəcəklər. Mən inanıram ki, Azərbaycan Milli Olimpiya Komitəsi indiyə qədər əldə etdiyi nailiyyətlərdən ruhlanaraq, bundan sonra da daha fədakarcasına çalışacaqdır."

Milli Olimpiya Komitəsinin dövlət strukturlarının ölkədə idmanı, onun maddi-texniki bazasını inkişaf etdirməsi istiqamətində işlərini müsbət qiymətləndirənRespublika Prezidenti özəl sektorun, iş adamlarının bu işdə müsbət rol oynaya biləcəyinə toxunaraq dedi: "Müstəqillik əldə olunandan, biz hüquqi, demokratik, dünyəvi dövlət quruculuğuna, bazar iqtisadiyyatına keçəndən sonra Azərbaycanda çox iş adamları meydana çıxıblar. Onlar işlər görürlər. Onların içərisində çoxlu xeyriyyəçilər var və onlar çoxlu işlər görürlər. Bunların hamısını müsbət qiymətləndirmək lazımdır. Müstəqilliyimizin ilk illərində , Azərbaycanda din azadlığı veriləndən sonra xeyriyyəçilərin bir hissəsi məscidlərin tikilməsi ilə məşğul oldular və çox faydalı işlər gördülər. Məscid tikdilər, xalqa xidmət etdilər və beləliklə, öz adlarını da məscidin üzərinə yazdılar ki, bu məscidi filan xeyriyyəçi tikibdir. Bu, çox gözəldir. İndi Azərbaycanda yetərli qədər məscid var. Mənə belə gəlir ki, bundan artığına ehtiyac yoxdur. Amma gənclər üçün idman komplekslərinə, yaxud məktəblərə ehtiyac olduqca çoxdur. Bizim gənclərin hamısı oxumalıdır. Məktəblərimiz var, amma biz indi dövlət vəsaitinə məktəb tikintisi ilə istənilən səviyyədə məşğul ola bilmirik. Demək, əgər bu xeyriyyəçilər öz vəsaitlərini, xeyriyyəçiliklərini məktəb tikintisinə yönəltsələr, yaxud müxtəlif qəsəbələrdə, kəndlərdə, rayonlarda idman müəssisələri, idman kompleksləri, idman salonları, idman meydançaları yaratsalar, -hökm deyil ki, belə böyük, möhtəşəm olsun - bu bizim millətimiz üçün çox xeyirli olacaqdır, gənclərin idmanla, bədən tərbiyəsi ilə məşğul olması üçün şərait yaradacaqdır. Bunlar hamısı Azərbaycan gəncliyinin gələcəyinə gözəl təminat verəcəkdir. Bax, bunları sizin diqqətinizə və bütün Azərbaycan ictimaiyyətinə çatdıraraq, mən istəyirəm ki, bizim iş adamlarının, xeyriyyəçiləri indi bu sahəyə cəlb edək. Sizi əmin edirəm ki, hər bir xeyriyyəçi, hər bir iş adamı haradasa bir idman kompleksi, yaxud salonu, bir məktəb tikərsə, haradasa gənclər üçün yeni bir əyləncə yeri, yaxud təhsil almaq üçün imkanlar yaradarsa, onların işi qiymətləndiriləcək, adları tarixə düşəcək və onlar xeyriyyəçi kimi daha da yüksək dəyərləndiriləcəklər.

...Mən hesab edirəm ki, quruculuq işlrəi təkcə Olimpiya Komitəsinin işi olmamalıdır. Bu, ümumxalq işi olmalıdır, ümummillət işi olmalıdır. Hər kəs və hər təşkilat, hər imkanlı insan gərək bu işə öz töhfəsini versin."

Azərbaycan Prezidenti çıxışının sonunda ölkə idmançılarının beynəlxalq yarışlarda, Olimpiya Oyunlannda ölkəni layiqincə təmsil etməsinin vacibliyindən danışaraq növbəti Olimpiya Oyunlarına hazırlıq və gənclərin idmana cəlb edilməsi məsələlərinə toxunaraq dedi: "Qarşıda Afina Olimpiya Oyunları durur. Ona az qalır, çox qalmır. Azərbaycan idmançıları Sidney Olimpiya Oyunlarında əldə etdikləri nailiyyətləri gərək nəinki təsdiq etsinlər, hətta onlardan da yüksək uğurlar əldə etsinlər. Bunun üçün bütün imkanlar var. Bizim Milli Olimpiya Komətəsi çox işlər görür və yaxşı nailiyyətlər əldə olunubdur. Bu istiqamətdə işləri bundan sonra daha sürətlə aparmaq lazımdır və gənclər bu işlərdə iştirak etməlidirlər. İdmançılar öz imkanlarını nümayiş etdirməlidirlər.

...Mən şübhə etmirəm, hələ bizim tanımadığımız gənclər var ki, onlar idman sahəsində çox yüksək keyfiyyətlərə malikdirlər və yüksək nailiyyətlər əldə edə bilərlər. Onları tapmaq, öz istetadlarını göstərmək üçün imkanlar yaratmaq və beləliklə, olimpiya oyunlarına geniş hazırlığa başlamaq lazımdır. Hesab edirəm, biz MilIi Olimpiya Komitəsinə və onun Prezidenti İlham Əliyevə bu kompleksə görə təşəkkür etməliyik, onları bu nailiyyətlərinə görə təbrik etməliyik. Bununla yanaşı, arzu etməliyik ki, verilən sözlər yerinə yetirilsin, bu iş davam etdirilsin. Eyni zamanda mən bir daha əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycanın gəncləri bu hadisələrdən fərəhlənərək, ruhlanaraq idmanla daha da yaxından məşğul olacaqlar."

BAKI. 29 dekabr 2001. "Olimpiya dünyası" qəzeti.