Milli Olimpiya Komitəsinin prezidentinin göstərişi ilə 2002-ci ildə komitənin internet səhifəsi də yaradıldı. Hazırda bu səhifədə MOK-un fəaliyyəti haqqında operativ məlumatlar verilir. Səhifədə Azərbaycan Olimpiya, Olimpiya Oyunlarında Azərbaycan idmançılarının iştirakı barədə geniş materiallar vardır. Səhifədə on müxtəlif bölmə yerləşirilmişdir.
Milli Olimpiya Komitəsi onillik yubileyi ilə əlaqədar elektron kompakt disk (ÑD) buraxmışdır. Diskə Milli Olimpiya Komitəsinin fəaliyyəti, Azərbaycan Olimpiya tarixi, Azərbaycan idmançılarının Olimpiya Oyunlarında iştirakı haqqında geniş foto, video və yazı materialları daxil edilmişdir.
Olimpiya Komitəsində informasiya və nəşriyyat işləri davam etdirilir. Hazırda komitədə arxiv materiallarının toplanması, MOK arxivinin yaradılması, müxtəlif stendlərin hazırlanması istiqamətində də işlər aparılır.