2004-cü il Olimpiadanın Vətəninə dönmə ili oldu. Antik dövrdə Olimpiya Oyunlarının əsasını qoymuş Yunanıstan 1896-cı ildə keçirilmiş ilk müasir Olimpiya Oyunlarına da ev sahibliyi etmişdi. Bundan bir əsrdən çox keçəndən sonra olimpiada üzünü Yunanıstana çevirdi. Uzun ayrılıqdan sonra "Olimpiada evinə xoş gəldin!" ifadəsi Afina Olimpiya Oyunlarınınən təsirli şüarı oldu.
Afina Olimpiadanın gəlişini avqustun 13-də keçirilən açılış mərasimi ilə rəsmi şəkildə qeyd etdi. Bu mərasimi izləyən saysız-hesabsız insan yunanların qədim tarixini bir daha yada saldı, olimpiadanın necə böyük və möhtəşəm tədbir olduğunu hiss etdi.
Çağdaş dünyamızda yeni bir ailə yaranmışdır. Üzvləri Milli Olimpiya Komitələri olan bu ailəni Sidneydə 199, Afinada isə 202 üzv təmsil edirdi.
Olimpiadaya indi bütün ölkələr qoşulur. Bu oyunlar bütün dünyanı qanadları altına alır. Afina 20 gün bütün dünyanın diqqət mərkəzinə çevrildi.
Afina Oyunlarında təmsil olunan 202 dövlət arasında Azərbaycanın da öz adı, öz yeri oldu. Ölkəmiz XXVIII Yay Olimpiya Oyunlarında 38 idmançı ilə təmsil olundu, bir qızıl, dörd bürünclə medal qazanmış 75 dövlət sırasında keyfiyyətə görə 50-ci, medalların sayına görə 37-ci yeri tutdu. Sevindirici haldır ki, hər dəfə Azərbaycanı olimpiadada təmsil edənlərin həm sayı artır, həm də göstərilən nəticələr yaxşılaşır. Afina oyunlarının açılış mərasimində paradda iştirak edən Azərbaycan idman nümayəndə heyəti artıq sayca böyük idi. Eyni geyim, göylə ağ rənqin harmoniyası, bütün stadionun diqqətini ay-ulduzlu üçrəngli bayrağın altında qedənlərə cəlb etdi. Afina olimpiya stadionundakı açılış mərasimində ölkəmizin böyüklüyünü nümayiş etdilər daha əsaslı bir fakt da göz qabağında idi.
Dünyanın qüclü dövlətlərinin rəhbərlərinin oturduğu tribunada Azərbaycan Prezidenti İlham Əliyev həm ön sırada idi, həm də seçilirdi. Bu seçim Azərbaycan adlı məmləkətin adına, tarixinə əbdi yazılacaqdır. Planetin yüz minlərlə insanının seyr etdiyi açılış mərasiminin Azərbaycan üçün ən önəmlisi, bəlkə də bu idi. Olimpiya Oyunlarının proqramına daxil olan futbol üzrə yarışların iki qün əvvəl, rəsmi açılışın avqustun 13-də keçirilməsinə baxmayaraq, əsas yarışların startı avqustun 14-də verildi. Azərbaycanı olimpiadada təmsil edəcək nümayəndə heyəti avqustun 10-da Afinaya gəlmişdi. Elə həmin qün Olimpiya Kəndində Azərbaycan bayrağı qaldırılmış, himnimiz səsləndirilmişdi. Avqustun 15-də isə Olimpiya ailəsinin yaşadığı mehmanxanada "Azərbaycan Günü" tədbiri keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştrak etdi.
"Azərbaycan Günü" tədbirinə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq və bu qurumun sadiq prezidenti Xuan Antonio Samaranç, Avropa Olimpiya Komitəsinin prezidenti Mario Peskante, habelə beynəlxalq federasiyaların, müxtəlif ölkələrin Milli Olimpiya Komitələrinin prezidentləri, digər rəsmi şəxslər gəlmişdilər. Bu tədbirdən bir qün sonra Azərbaycan Respublikasının prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Olimpiya Oyunlarında iştirak edən idmançıların yaşadıqları Olimpiya Kəndində oldu. Dövlət başçısı burada idmançıların yaşayışı, onlar üçün yaradılmış şəraitlə yaxından tanış oldu, idmançılarımızın yarışlara hazırlığı ilə maraqlandı. İdmançılarla söhbətlərində Azərbaycan Prezidenti onlara yarışlarda uğurla çıxış etməyi, mükafata layiq yerlər qazanmağı arzuladı. Azərbaycan idmançıları da Afina Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil etməyə çalışdılar.
Gərgin mübarizə şəraitində keçən yarışlarda bütün imkanlarını, irədə və bacarığını səfərbər edib yalnız qələbəyə Can atanlar da oldu, mübarizənin gərginliyinə əsəbləri iab gətirməyənlər də. Azərbaycan idmançısı Fərid Mansurov yunan-Roma güləşində olimpiya çempionu adını aldı. Atıcılıq idmanımızın nümayəndələri Zemfira Meftahətdinova və İradə Aşumova, boksçularımız Ağası Məmmədov və Fuad Aslanov da bu mötəbər yarışlarda mükafata layiq üçüncü yerləri tuta bildilər. Afinada yarışlarda ölkəmizi hakimlər Oktay Hüseynov ( güləş ), Niftalı Quliyev ( boks ) də laiqincə təmsil etdilər.
Avqustun 29-da Afina Olimpiya stadionunda keçirilmiş təntənəli bağlanış mərasimi ən mötəbər idman tədbirinin xalqlar arasında dostluğu möhkəmləndirdiyini, insanları bir-birinə yaxınlaşdırdığını bir daha sübut etdi. Olimpiadanın təntənəli bağlanış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak etdi.
Bağlanış mərasimində Olimpiya bayrağı Pekinə ötürüldü. Əlvida Afina! Salam Pekin!