Milli Olimpiya Komitəsi

Patrik Braxner Azərbaycanı təmsil edib

Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyi etdiyi XXIII Qış Olimpiya Oyunlarında idmançıların medallar uğrunda mübarizəsi davam edir.Olimpiadada iştirak edən 92 dövlət arasında bu günə olan məlumata görə 28 ölkə medal qazanıb. Hər gün dəyişən medallar cədvəlinə isə Almaniya ilə gərgin rəqabətdən qalib çıxan Nörveç  başçılıq edir. Yarışlarda iki bürünc medal qazanan Yeni Zenlandiya isə medullar qazanan ölkələlərin siyahısına hələlik sonuncu qoşulub. Pxençan-2018 Olimpiadasında, ümumiyyətlə, medal qazanan ölkələrin siyahısında ilk onluqda qış idman növlərinin daha güclü inkişaf etdiyi ölkələr qərarlaşıb. Bu Olimpiada da ənənəvi olaraq, rekordlarla, maraqlı hadisələrlə, dopinq qalmaqalları ilə müşayiət olunur. Lakin son nəticədə yenə də ən güclülər qalib gəlir.

Həmişə olduğu kimi, idmanın dəfələrlə sınaqdan çıxan bu fəlsəfəsi hazırda bütün dünyanın diqqət mərkəzində olan  Pxençxan-2018 qış Olimpiadasının da hərarətini artırır. Olimpiadanın proqramına daxil olan dağ xizəyi idmanının slalom növündə də fevralın 22-də yarışlar keçirilib. Soyuq və küləkli hava şəraiti ilə müşayiət olunan slalom yarışlarında ölkəmizi 68-ci sıra nömrəsi ilə avstriyalı legionerimiz Patrik Braxner təmsil edib. Olimpiada zamanı iştirak etdiyi məşqlərdə ümidverici nəticələr göstərsə də o, rəsmi yarışda finişə qəlib çata bilməyib. Beləliklə, təmsilçimiz ilk cəhddə uğursuz çıxış etdiyindən, mükafatçıların müəyyənləşdirildiyi ikinci yürüşdə iştirak etməyib.Qeyd edək ki,legioner idmançımız Soçi-2014-də də eyni aqibətlə üzləşmişdi. Bu Olimpiadada 108 atletin qələbə uğrunda mübarizə apardığı slalom yarışının birinci cəhdində ümumilikdə 52 idmançı finişə çatsa da, yarışda iştirak edən idmançıların yarıdan çoxu- 56 dağ xizəkçisi finişə qədər gəlib çıxa bilməyib. Bu atletlər arasında isə kifayət qədər gücli, təcrübəli və böyük uğurları olanlarla yanaşı, hətta yarışların fovaritlərindən biri sayılan məşhur Avstriya idmançısı Marcel Hirsşer də var idi.

Birinci yürüşdə finiş arzusunu reallaşdıra bilməyən idmançıların sıradan çıxması ilə mübarizə daha gərgin xarakter alıb. Belə ki, ikinci yürüşdə iştirak etmək hüququ qazanan 52 idmançıdan da yalnız 43 nəfəri finişə çatmaq sevincini yaşa da, daha 9 nəfər yarı yolda qalanların sırasına qoşulub. Bu mərhələnin ən gözlənilməz məqamlarından biri isə birinci yürüşdə ən yaxşı nəticə ilə (47.72) yarış cədvəlinə başçılıq edən və medal qazanmaq şansı böyük olan Norveç idmançısı Henrik Kristoffersenin ikinci mərhələdə sıradan cıxması olub. Birinci yürüşü üçüncü nəticə (48.34) ilə başa vuran fransalı atlet Jandet Viktor  Muffat medal uğrunda ikinci cəhddə yalnız altıncı yeri tuta bilib. Slalom yarışının son nəticəsinə görə üçüncü pillədə qərarlaşan avstriyalı idmançı Mixael Matt isə birinci yürüşdə göstərdiyi nəticəyə (49.00) görə finişə gəlib çatanlar arasında on ikinci olmuşdu. Bu bir daha onu göstərir ki, idmana bir qayda olaraq, fiziki güc faktoru prizmasından baxılsa da, bəxt və şans amilini də unutmaq ədalətsizlik olardı. Beləliklə, fevralın 22-də keçirilən dağ xizəkçiliyi idman növünün slalom yarışında həm fiziki gücü, həm də bəxti və şansı yetərli olan Norveç idmançısı Andre Myhrer slalomda hamıdan güclü olduğunu sübut edərək, qızıl medal qazanıb. İkinci yeri İsveçrə idmançısı Roman Zenhaeusern, üçüncü yeri isə Avstriya idmançısı Mixael Matt tutub.