Milli Olimpiya Komitəsi

Buenos Ayres 2018 məşəl yürüşünün detalları və loqosu açıqlandı

Buenos Ayres 2018 Gənclərin Yay Olimpiya Oyunlarının məşəl yürüşünün detallarınn açıqlanması ilə barabər oyunların loqosu da təqdim olundu.

Yunanıstandakı məşəlin alovlandırma mərasimindən sonra Angentinanın 5 bölgəsində səyahət edəcək. Məşəl yürüşü oktyabrın 6-sı sona çatacaq.

Məşəl 10 000 kilometrdən çox yolu qətt edərək Şimal-qərb, Şimal-şərq, Kuyo, Pampa və Pataqoniyadan və 16 şəhərdən keçəcəkdir.

Buenos Ayres Məşəl Yürüşünün konsepsiyası  oyunların müxtəliflik, multikulturalizm və ümumi faydalı bir məkanı olmağına əsaslanır.

Hörmət, dostluq və mükəmməllik üç Olimpiya dəyərlərini əks etdirən “üç alov” loqosu məşəl yürüşünə dəstək kimi yaradılıb. Beş qitə, beş Olimpiya halqaları və beş Argentina regionlarını əks etdirən beş müxtəlif rənglər Məşəldə həkk olunacaqdır.