Milli Olimpiya Komitəsi

MOKA Prezidenti Gənclərin Olimpiya Kəndini ziyarət etdi

Milli Olimpiya Komitələri Assosiasiyası (ANOC) prezidenti Şeyx Əhməd Əl-Fəhad Əl Sabah Argentinanın paytaxtında yerləşən Buenos Ayres 2018 Gənclər Olimpiya Kəndini ziyarət etdi. MOKA-nın prezidenti Olimpiya Kəndi ilə yaxndan tanış olduqdan sonra orada yaradılan şəraiti müsbət dəyərləndirdi.

Villa Solidati şəhərinin cənub hissəsində yerləşən Olimpiya Kəndinə 31 səkkiz mərtəbəli bina daxildir.

Olimpiya Kəndinə 1200 ədəd iki və uç otaqlı mənzilli binalar, həmçinin oyunlar zamanı fəaliyyət göstərəcək tibb mərkəzi, yeməkxana və idmançılar üçün idman zalları daxildir.

Oyunlar zamanı Kənd 3,998 idmançı, eləcə də 2,170 məşqçi və texniki nümayəndə üzvlərini qəbul edəcəkdir.

Şeyx Əhməd Əl-Fəhad Əl Sabah oyunlar zamanı bu kəndin idmançılar üçün gözəl bir ev olacağını qeyd etdi: “İdmançılar yüksək keyfiyyətli, rahat və idman qurğuları ilə əhatə olunmuş bu kənddə həm istirahət edəcəklər, həmdə oyunlara hazırlaşacaqlar. Belə gözəl inşa yaradıldığına görə çox şadam. İdmançılar üçün hər bir şərait yaradılıb.”