Milli Olimpiya Komitəsi

Serbiyanın Belqrad şəhərində Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası keçirilir

Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsininın iclası və 39-cu seminarı  işinə başlayıb.

Tədbirdə Azərbaycan nümayəndə heyətini AOK-un İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibin müavini Azər Əliyev, Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov və Marketinq İdarəsinin direktoru Mehman Kərimov təmsil edirlər.

10 may tarixində Çingiz Hüseynzadə adı çəkilən təşkilatın İcraiyyə Komitəsinin iclasında iştirak edib.

11-12 may tarixlərində isə Avropa Olimpiya Komitəsinin 39-cu seminarı keçiriləcək. Tədbirdə AOK-un prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi, Milli Olimpiya Komitələrinin Assosiyasiyasının baş katibi Qunilla Lindberq iştirak edəcəkdir. Assambleyada AOK-un illik hesabatı müzakirə olunacaqdır.

Həmçinin, 2018-ci il Pyonçanq və 2020-ci il Tokio Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabat çıxışları gündəlikdə olan məsələlər sırasındadır. 2019-cu il Minsk Avropa Oyunlarının məruzələri də dinləniləcəkdir.
AOK-un  seminarı çərçivəsində qış idman növləri üzrə “Pyotr Nurovski – Avropanın Ən yaxşı gənc idmançı” mükafatı təqdim olunacaqdır.

Əlavə olaraq, Azərbaycan nümayəndə heyəti tərəfindən Azərbaycanda keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarının təqdimatı olacaqdır.

Xatırladaq ki, Avropa Olimpiya Komitəsinin 47-ci Baş Assambleyası İspaniyanın Marbella şəhərində keçiriləcəkdir.