Milli Olimpiya Komitəsi

Azər Əliyev AOK-un komissiyasına üzv seçildi

Avropa Olimpya Komitəsinin 10-12 may tarixlərində Serbiyanın Belqrad şəhərindəki növbəti görüşünə yekun vurulmuşdur. Bununla bağlı 10 may  AOK-un İcraiyyə Komitəsinin iclası, 11-12 may tarixlərində isə  AOKvə BOK-un 39-cu keçirilmişdir.

Seminar çərçivəsində AOK-un müxtəlif komissiyalarının dörd illik fəaliyyəti yekun vurulduqdan və növbəti dörd il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirildikdən sonra üzvlərinin və rəhbərliyinin seçkisi olmuşdur. Xüsusi ilə qeyd etmək lazımdır ki, Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibin müavini Azər Əliyev AOK-un Avropa yeniyetmələrinin Olimpiya Festivalı Komissiyasının üzvü seçilmişdir.

Redaktorlar üçün məlumat:

Tədbirdə Azərbaycan nümayəndə heyətini AOK-un İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibin müavini Azər Əliyev, Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov və Marketinq İdarəsinin direktoru Mehman Kərimov təmsil ediblər.

Avropa Olimpya Komitəsinin seminarında duran əsas məsələ Milli Olimpiya Komitərinin Olimpiya Oyunlarına hazırlığı, bu oyunların yüksək səviyyədə təşkili, onun Olimpiya dəyərlərinin dünya miqyasında yayılmasındakı rolu xüsusi qeyd olunmuşdur. Bakıda keçiriləcək növbəti Avropa yeniyetmələrinin Olimpya Festivalına diqqət yetirilmişdir.

10 may tarixində Çingiz Hüseynzadə adı çəkilən təşkilatın İcraiyyə Komitəsinin iclasında iştirak edib.

11-12 may tarixlərində isə Avropa Olimpiya Komitəsi və Beynəlxalq Olimpiya Komitəsinin 39-cu seminarı keçirlib. Tədbirdə AOK-un prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi, Milli Olimpiya Komitələrinin Assosiyasiyasının baş katibi Qunilla Lindberq iştirak ediblər.