Milli Olimpiya Komitəsi

Azərbaycanda İdman Fizioterapevtləri üçün Beynəlxalq Seminar keçirilir. 

Beynəlxalq Olimpiya Komitəsinin Olympic Solidarity proqramı, Beynəlxalq Atletika Federasiyasının, Milli Olimpiya Komitəsi və Azərbaycan Atletika Federasiyasının dəstəyi ilə 04-07 iyun tarixlərində Azərbaycanda İdman Fizioterapevtləri üçün Beynəlxalq Seminar keçirilir.

Seminar Beynəlxalq Atletika Federasiyasının təyin etdiyi mühazirəçi və fizioterapevt alman Timo Lindemann tərəfindən keçirilir. Yerli Fizioterapevt və idman həkimləri ilə yanaşı, Türkiyə, Belarusiya, Ukrayna, Estoniya və Latviyanın nümayəndələri də burada iştirak edir.

Seminar iki hissədən ibarətdir: mühazirə və praktiki hissə. Mühazirə Milli Olimpiya Komitəsində, praktiki hissə isə Azərbaycan Dövlət Tərbiyəsi və İdman Akademiyasının Labaratoriyasında keçirilir.

Seminarın sonunda iştirakçılar imtahan verəcək və imtahanı uğurla keçmiş namizədlər Beynəlxalq Atletika Federasiyasının təqdim etdiyi Sertifikatla mükafatlandırılacaqlar.