Milli Olimpiya Komitəsi

Haqqında

II Beynəlxalq Həmrəylik Tennis Çempionatı İslam Həmrəyliyi İdman Federasiyası və Milli Olimpiya Komitəsinin imzaladığı birgə tərəfdaşlıq əsasında həyata keçirilir.

Anlaşma Memorandumu 19 aprel 2018-ci il tarixində İslam Həmrəyliyi İdman Federasiyası tərəfindən təşkilatın baş katibi cənab Məhəmməd S. Əl-QARNAS və Azərbaycan respublikası Milli Olimpiya Komitəsi tərəfindən vitse-prezident cənab Çingiz Hüseynzadə imzalamışdır.

Memorandumun məqsədi İHİF üzv ölkələrinin idmançıları arasında İslam Həmrəyliyini möhkəmləndirmək, idmanda İslam şəxsiyyətini zənginləşdirmək, ən yüksək idman dəyərləri və prinsiplərini qoruyub saxlamaq, İslam ölkələrində idman və Olimpiya hərəkatını təbliğ etmək və İHİF üzv ölkələrinin gəncləri arasında birlik və qardaşlığı təbliğ etməkdir.